Koronavirus dövründə plastik butulkalarda su satışı kəskin azalıb.
Eləcə də bax: 4 dəqiqəlik duş və Aralıq dənizi - İSRAİL SU PROBLEMİNİ BELƏ HƏLL EDİB
FED.az “Financial Times”a istinadən xəbər verir ki, koronavirus dövründə evdə qalan insanların plastik butulkalarda su alışı azalıb. Bu sənayenin üçüncü ən böyük şirkəti “Danone” III rübdə su satışının 30% azalacağını proqnozlaşdırır.
Plastik qablardakı suyu “yeni siqaret” hesab edirlər
Satışının azalmasının sdaha bir səbəbi buturkanın materialıdır. Plastikin ətraf mühiti çirkləndirməsi barədə yayılan xəbərlər insanların plastikdən imtinasına səbəb olur. Epidemiya həmçinin insanlara ətraf mühitin əhəmiyyətini daha yaxşı başa düşməyə kömək etdi.
“Jefferies” analitiki Martin Deboo deyir ki, "Ətraf mühitin çirklənməsi ilə əlaqədar narahatlıqlar artıb. İnsanlar plastik qablarda olan suyu “yeni siqaret” kimi görürlər”.
Su satışından qazanc da azalır
Su ilk baxışdan ucuz olsa da, onun qablaşdırma və nəqliyyat xərcləri yüksəkdir. Qiymət rəqabəti əlavə edildikdə isə ABŞ-da bir butulka su 20 sentə başa gəlir.
Jefferies görə, bu sənayedə ən böyük şirkət olan İsveçrə şirkəti “Nestle” sudan 10,5% əməliyyat marjası alır. Bu - “Nestle”nin fəaliyyət göstərdiyi bütün sektorlardan əldə etdiyi ən aşağı qazancdır. Fransız “Danone” şirkətinin marjası 13 %-dir.
Plastik qablarda olan su çox təhlükəli olaraq görülür
Mütəxəssislərin fikrincə, plastik qabladakı sular su qıtlığının artması ilə insanlarda mənfi fikir formalaşdırmağa başlayıb. Nəticədə “Danone”nin su satışları zəif artır, “Coca Cola” isə hələ oktyabr ayında elan edib ki, su satışlarındakı vəziyyət şirkətin istədiyi kimi deyil».
Karton qutular, metal qablar
Plastik qab məsələsi investorları da narahat edir. Onlar səhmdarı olduqları şirkətlərdən tələb edirlər ki, plastiklə bağlı nəsə etsinlər.
Sənayenin nəhəngləri olan “Nestle”, “Danone” və “Coca Cola” bu sahədə baş sındırırlar. Hər üç şirkət 2025-ci ilə qədər plastiklərdə qablaşdırılmış suların 50%-də təkrar emal edilmış plastikdən istifadə etməyi hədəfləyirlər. Bəzi şirkətlər suyu metal və ya karton qutulara və şüşələrə satmağa başlaıblar.