Hazırda Azərbaycanın qarşılaşdığı su problemi - içməli və suvarma suyunun çatışmaması dünya ölkələrində ilk dəfə deyil.
Eləcə də bax: Xarici ekspert: "Quraqlıq davam edəcək - DƏRHAL TƏDBİRLƏRƏ BAŞLAMALISINIZ
FED.az xəbər verir ki, yerləşməsindən, coğrafi şəraitindən və su ehtiyatlarıın həcmindən asılı olaraq bəzi ölkələr su problemi ilə üzləşir və onu müxtəlif üsularla həll etməyə çalışırlar. Şəhərlərin, kənd təsərrüfatının, istehsal və digər sahələrin suya olan tələğbatını ödəmək üçün heç də bütün ölkələr çay, göl və digər içməli su mənbələrindən istifadə edə bilmirlər.
Bu sahədə ən maraqlı təcrübə İsrailindir.
Məhz bu müasir texnologiyalar sayəsində İsrail son illər sudan asılı ölkə olmaqdan yaxa qurtarıb və özünü tamamilə su ilə təmin edə bilir.
Əvvəlcə rəqəmlərə baxaq: hazırda İsrailin suya tələbatı ümumilikdə 2 trilyon litr təşkil edir ki, bunun da 1,2 trilyonunu içməli su təşkil edir. 2030-cu ildə içməli su tələbatının 1,95 trilyon litrə çətacağı gözlənilir. Tamamilə aydındır ki, hətta qarşıdakı 15 ildə regiona görünməmiş dərəcədə yağış-qar düşsə də, bu tələbatı ödəməyə qadir deyil. İsraildə burada çay və göllər də azdır, Tiveriad gölü son 70 ildə təqribən 10 dəfə artmış İsrail əhalisini içməli su ilə artıq təmin edi bilmirdi.
Üstəlik, 2000-ci illərin ortalarında İsraildə güclü quraqlıq baş verdi. 2005-ci ildə başlanan və 2008-2009-cu ildə pik həddə çatan quraqlıq nəticəsində təbii içməli su mənbələrinin - Kineret və Qolaqn təpələrindəki su laylarının məhv olması təhlükəsi yaranmışdı.
Əvəzində İsraildə praktiki olaraq bitib tükənməyən dəniz suyu ehtiyat var. Məhz buna görə, İsrail problemdən çıxış yolunu dəniz suyunun şirinləşdirilməsində gördü və yanılmadı.
Dəniz suyunu şirinləşdirən zavodlar
Ölkədə sudan təkrar istifadə və dəniz suyunun şirinləşdirilməsi ilə bağlı böyük layihələrə start verildi.
Şirinləşdirmə – dənizin və ya digər mənbələrdəki duzlu suyun tərkibindəki duzlardan və digər minerallardan təmizlənməsi deməkdir. Məlum olduğu kimi, dünyada su ehtiyatını 90%-i duzlu sudur. Ona görə də məhz duzlu suyun təmizlənərək şirinləşdirilməsi bütün dünya üçün vacib perspektiv texnologiyalardan biridir.
İsrail – bütün dünyada dəniz suyunun şirinləşdirilməsi üzrə liderdir. Son illər ölkədə 5 şirinləşdirici zavod tikilib.
Nəticədə hazırda İsrail içməli suyun 3-də birini şirinləşdirici zavodlardan alır. Güman edilir ki, qarşıdakı 30 ildə isməli suya orlan tələbatın 70%-i məhz bu zavodların hesabına ödəniləcək. İsrailin ən böyük və ən müasir şirinləşdirici zavodu «Sorek» Aralıq dənizi sahilində, Təl-Əvivdən 10-15 kilometr məsafədə və yerləşir və 6 futbol stadionu qədər sahəni tutur.
«Sorek» dünyanın ən böyük şirinləşdirici zavodlarından biridir. Burada gündə 624 min kubmetr şirinləşdirici su buraxılır. Onun maya dəyəri isə dünyada ən aşağıdır. Zavodu niş prinsipi sadədir – Aradıq dənizindən su götürülür və xüsusi membranlardan keçirilir. Bu prosesdə kənar hissəciklər və duzun bir hissəsi təmizlənir, sonra isə suyun yenidən çəkilməsi, yəni tərkibindəki digər maddələrin çıxarılması prosesi gedir. Nəticədə təmiz içməli su və duzlu məhlul alınır, sonuncu yenidən dənizə axıdılır.
Bir kubmetri 50 sentə başa gəlir.
Suyun şirinləşdirilməsi texnologiyaları ucuz deyil. Amma son illər İsrail şirkətləri içməli suyun alınmasının maya dəyərini aşağı sala biliblər. Əgər 20 il əvvəl 1 kubmetr şirinləşdirici su 2 dollara başa gəlirdisə, indi bu rəqəm 50 sentə düşüb.
Suyun 86%-i təkrar istifadə olunur
Amma, İsrail bu sahədəki uğurları təkcə dəniz suyunun şirinləşdirilməsində deyil. Bu gün İsrail həm də suyun təkrar emalı və kənd təsərrüfatında istifadəsi üzrə dünya lideridir. İçməli suyun 86%-i təkrar istifadə edilərək aqrar sektorda istifadə olunur. İsrailin bu sahədə nə qədər qabaqda olduğunu göstərmək üçün, qeyd etmək kifayətdir ki, dünyada ikinci yeri tutan İspaniyada bu göstərici cəmi 17%, ABŞ-da isə suyun cəmi 1%-i təkrar istifadə edilir. Məhz bu rəqəmlərə görə, «Nyu-York Tayms» qəzeti İsraili su nəhəngi adlandırıb.
4 dəqiqəlik duş
İsrail dəniz suyunu şirinləşdirmək və sudan təkrar istifadə ilə paralel olaraq su ehtiyatlarının sərt formada səmərəlim istifadə olunması başlayıb.
İlk növbədə söhbət kranlarda quraşdırılan xüsusi qurğulardan gedir ki, onların sayəsində suya 30%-ə qədər qənaət etmək mümkün oldu. Bundan başqa, İsraildə suyun fərqli tarif sistemi tətbiq edildi, nəticədə suyu israf edənlər daha artıq ödəniş etməli oldular.
Digər tərəfdən, xüsusilə quraqlıq illərində əhalini sudan səmərəli istifadə etməyə çağıran geniş kampaniya aparılıb. Bütün KİV-lər əhalini sudan daha səmərəli istifadə etməyə, məsələn, duş qəbulunu 4 dəqiqə ilə məhdudlaşdırmağa çağırdı. Artıq israillilərin böyük hissəsi başını yuyarkən suyu bağlayır və bu ümummilli vərdişə çevrilib.
Bütün dünyaya lazım olan biznes
Doğrudur, indi 10 il əvvəlki quraqlıq qalmayıb və belə ekstremal tədbirlərə ehtiyac yoxdur, amma həmin dövrdəki vərdişlər öz sözünü deyir, insanlar sudan daha qənaətlə istifadə etməyə öyürəşiblər.
Məhz dəniz suyunun təmizlənməsi İsrailə iqtisadi artımda iri sıçrayış etməyə və demoqrafik problemləri aşmağa imkan verdi. Eləcə də digər ölkələrin su ilə bağlı probleminin həllinə dəstək oldu. İsrail artıq Çində dünyanın ən böyük su şirinləşdirici zavodunu inşa edib, eləcə Karib dənizi ölkələrində oxşar layihələri reallaşdırıb.
İsrailin ən məşhur şirkətlərindən biri «IDE Technologies» indiyədək dünyanın 40 ölkəsində 400-dən artıq şirinləşdirmə kombinatı inşa edib. Əsas sifarişçilər Çin, ABŞ, Karib dənimzi ölkələri və başqalarıdır.