Afrikanın ən yoxsul ölkələrindən biri olan Zimbabvedə COVID-19 pandemiyası dövründə dünyada ən böyük səviyyədə inflyasiya qeydə alınıb.
Eləcə də bax: Trampdan Çinə daha bir zərbə: «Alibaba» da qadağan edilə bilər
FED.az xəbər verir ki, iyulda bu ölkədə inflyasiyanın həddi 840 faizə çatıb.
İqtisadiyyatın çökməsi qarşısında aciz qalan Zimbabve hökuməti avqustda daha ağır fəsadlar ola biləcəyini bəyan edib. Artıq əhalinin cüzi əmanətləri də inflyasiya fonunda əriyib və insanları ərzaq çatışmazlığı problemi ilə üzləşiblər. Zimbabve Prezidenti Emmerson Mnanqaqva yüksək inflyasiyanın qarşısını almaq məqsədilə əlavə tədbirlər planı hazırlandığını bəyan edib.
Zimbabvenin Milli Statistika Agentliyi bildirib ki, iyunda inflyasiyanın səviyyəsi 737 faiz olub.
© Azərtac