Braziliya prezidenti Jair Bolsonaru Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina edib.
Eləcə də bax: Rusiya Mərkəzi Bankının aktivləri donduruldu – RUBLU QORUMAQ ÇƏTİN OLACAQ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
O bəyan edib ki, bazar günü Rusiya Prezidenti Vladimir Putinlə iki saat danışıb. Bolsonarunun sözlərinə görə, Braziliya münaqişədə neytral qalacaq.
Braziliya lideri, həmçinin Braziliya üçün mənfi təsir göstərə biləcək istənilən sanksiyalara qarşı çıxdığını deyib.
Bolsonarunun fikrincə, Putin heç yerdə qırğın törətmək istəmir. O, Ukrayna Prezidenti Vladimir Zelenskidən danışarkən isə deyib ki, millət ümidini komikin əlinə verib. (Qafqazinfo)