Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.
Əliyev, Putin və Paşinyan Moskvada - GÖRÜŞƏCƏKLƏR
FED.az biznes və maliyyə xəbərləri portalə “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Kommersant” görüş zamanı iki sənədin imzalana biləcəyini ehtimal edir.
Məlumata görə, sözügedən sənədlərin razılaşdırılması mayın 24-ü bütün gün ərzində davam etdirilib: “Nəqliyyat kommunikasiyaları barədə olan sənədlərdən birini baş nazirlərin müavinləri, digərini isə 3 ölkənin Xarici İşlər Nazirlikləri hazırlayıb. İkinci sənədin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sayca beşinci birgə bəyanatı olduğu güman edilir”.