Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyan iştirakı ilə Moskvada üçtərəfli görüş keçiriləcək.
Brüsseldə İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyan ilə - GÖRÜŞÜ KEÇİRİLDİ - VİDEO
FED.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan vurğulayıb ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.
Məlum olduğu kimi, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. (Marja)