Digər

“Bu, düzgün deyil”: 89 yaşlı akademik Xoşbəxt Yusifzadə

“Bu, düzgün deyil”: 89 yaşlı akademik Xoşbəxt Yusifzadə | FED.az
18:52 24 Okt 2019

“Bəzi kütləvi informasiya vasitələrində yanlışlığa yol verib yazırlar ki, guya mən “Heydər Əliyev” ordeni ilə təltif edilmişəm. Bu, düzgün deyil”.

FED.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, 89 yaşlı akademik Xoşbəxt Yusifzadə deyib.

Eləcə də bax:Gələn il büdcədən elmə ayrılan xərclər - ƏSASLI ŞƏKİLDƏ ARTIRILACAQ

O, bu barədə mətbuatda və sosial şəbəkələrdə “Heydər Əliyev” ordeni ilə təltif olunanlar arasında olmasına münasibət bildirərkən danışıb.

Akademik bildirib ki, Prezident İlham Əliyevin 10 may 2019-cu il tarixli sərəncamı ilə o, Heydər Əliyev Mükafatına layiq görülüb: “Bu mükafatdan əvvəl isə mən keçmiş SSRİ-nin və bir sıra xarici ölkələrin bir sıra ordenləri, müstəqil Azərbaycanın “İstiqlal”, “Şərəf”, “Şöhrət”, 1-ci dərəcəli “Əmək” ordenləri, ölkə Prezidentinin Fəxri diplomu ilə təltif edilmişəm”.

Report

Digər xəbərlər