Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.
Azərbaycanın İrandakı səfirliyinə hücum olub - 1 NƏFƏR HƏLAK OLUB
FED.az xəbər verir ki, səfir “Twitter“ hesabında bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri onu sarsıdıb.
“Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm", - səfir qeyd edib. (Apa)