Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.
FED.az xəbər verir ki, diplomatik kanallar vasitəsilə əldə edilən məlumata görə, hücum edən şəxs saxlanılıb.
İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.
XXX
Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.
XXX
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.