Digər

"Bloomberg" yalan məlumat yaydığına görə - 5 MİLYON AVRO CƏRİMƏLƏNİB

"Bloomberg" yalan məlumat yaydığına görə - 5 MİLYON AVRO CƏRİMƏLƏNİB | FED.az
08:21 17 Dek 2019

Fransanın maliyyə bazarına nəzarət orqanı “Bloomberg” xəbər agentliyini bilərəkdən yalan məlumat yaydığına görə 5 milyon avro dəyərində cərimələyib.

FED.az xəbər verir ki, bu barədə bazar ertəsi “France Presse” agentliyi məlumat yayıb.

Eləcə də bax: Türkiyə "Facebook"u - CƏRİMƏLƏYİB

Bildirilir ki, “Bloomberg”in yaydığı məlumatdan sonra 22 noyabr 2016-cı il tarixində Fransanın ən böyük inşaat korporasiyası “Vinci”nin səhmlərinin dəyəri düşüb.

Məlumata görə, “Bloomberg” agentliyi tikinti şirkətinin “çox ciddi” qanun pozuntularından sonra hesablarına yenidən baxmağa başladığını ifadə edən saxta press-relizin məzmununu yayıb.

Apa

 

Digər xəbərlər