Türkiyənin Şəxsi məlumatların müdafiəsi İdarəsi “Facebook” sosial şəbəkəsini istifadəçilər haqqında məxfiliyi pozduğuna görə 1,6 milyon lirə (təxminən, 282 min dollar) məbləğində cərimələyib.
FED.az məlumat verir ki, məlumatı TRT Haber yayıb.
Eləcə də bax: Facebook istifadəçilərə geyim seçməyə - KÖMƏK EDƏCƏK
Bildirilib ki, “Facebook” sosial şəbəkəsi 2018-ci ildə 280 mindən çox istifadəçi barədə məlumatı açıqlamaqla məxfiliyi pozub. Bura həmin istifadəçilərin adı, soyadı, doğum tarixi, yaşadıqları yer aiddir. Sosial şəbəkə üçüncü şəxsə bu məlumatları sızdırıb.
Cari ilin mayında idarə “Facebook”u istifadəçinin fotosu ilə bağlı məxfiliyi pozduğu üçün 1,65 milyon lirə (təxminən, 270 min dollar) məbləğində cərimələmişdi.
Report