Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində dəymiş ziyan 15 milyard dollardan çox qiymətləndirilir.
Eləcə də bax: "Partlayışdan 10 -15 milyard dollar- ZƏRƏR DƏYİB"
FED.az xəbər verir ki, bunu ölkə prezidenti Mişel Aun İspaniya kralı VI Filipplə telefon danışığında bildirib.
“Prezident Aun qeyd edib ki, ilkin hesablamalara görə, Livana dəymiş ziyan 15 milyard dolları ötüb”, - Livan prezidentinin mətbuat xidmətinin internet saytında yayılan açıqlamada qeyd olunub.
Öz növbəsində İspaniya kralı Livan xalqına başsağlığı verərək, lazımi köməkliyi göstərməyə hazır olduğunu deyib.
Qeyd edək ki, sığorta şirkətləri ilkin qiymətləndirmə zamanı Beyrut limanında baş vermiş partlayışdan sonra dəyən ziyanın 3 milyard dollar dəyərində olduğunu bildiriblər. (Apa)