Beyrut Qubernatoru Mervan Abbud, Beyrut Limanında baş vermiş partlayışın zərərinin 10 - 15 milyard dolları aşa biləcəyini deyib.
Eləcə də bax: Azərbaycan Livana 1 milyon dollar - YARDIM EDƏCƏK
FED.az xəbər verir ki, Abbud, televiziya kanalına etdiyi açıqlamasında, "Ziyan çox böyükdür. Birbaşa və dolayı zərərin 10 - 15 milyard dolları aşdığını təxmin edirik" deyib.
Beyrut Qubernatoru, partlayışı, "Livanın müasir çağda yaşadığı ən böyük böhran və fəlakət" olaraq xarakterizə edib.
Mervan Abbud, daha əvvəl etdiyi açıqlamada Beyrut Limanında baş vermiş partlayışın 3 - 5 milyard dollar zərər vura biləcəyini qeyd etmişdi.
Beyrut Limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın baş vermiş, ardından bütün Beyrutu sarsıdan çox güclü partlayış meydana gəlmişdi.
Səhiyyə Naziri Hamad Həsən, son məlumatlara görə, partlayışda 135 nəfərin öldüyünü, təxminən 5 min nəfərin yaralandığını və dağıntı altında onlarla ölü olduğunu açıqlamışdır. (Marja)