Koronavirusun pandemiyasının təsir etmədiyi sektor qalmayıb. Virusun vurduğu ziyan bəzi sahələrdə daha çoxdur. Belçikada yaşayan kartof istehsalçıları da bunlardan biridir.
Eləcə də bax: Koronavirus dövründə avokadoya - TƏLƏB KƏSKİN ARTIB
FED.az xəbər verir ki, 750 min ton kartofun xarab olma təhlükəsi olduğunu bildirən Belçika Kartof Ticarət və Emal Sənayesi Birliyinin baş katibi Romain Cools "Məhsullarımızın 75% qızardılmış kartofa sərf edildi.” deyib.
“Biz Belçikalıların kartof, xüsusilə dondurulmuş kartofdan həftədə ən azı iki gün yeməyini istəyərik" deyən Romain Cools, supermarketlərlə birlikdə kampaniya başlatdıqlarını deyib.
25%-lik kartof satışlarında problem olmadığını, əksinə artım olduğunu bildirən Cools “Restoranların bağlanması dondurulmuş kartofa olan tələbatı aradan qaldırdı. Kartof əvvəllər olduğundan daha çox satılır, çünki insanlar evdə bişirməyə başlayırlar." deyib.
Qeyd edək ki, Belçikanın Baş naziri Sofi Wilmes martın 18-də başlayan karantin tətbiqinin mayın 4-dən etibarən ləğv olunacağını açıqlayıb. Bununla birlikdə restoran və kafelər iyunun 8-dək bağlı qalacaq.
Cools bu il kartof istehsalçıları üçün əla başladığını söyləyib. O “İstehsal nə çox, nə də çox az idi. Mart ayının ortalarında 1 ton kartof 135 avroya satıldı. Artıq 15 avroya enib. Ölkəmdəki insanlar baş verənlərə nikbin baxırlar, amma ikinci bir dalğa gələ bilər. Peyvənd proqramı başlamazdan əvvəl təhlükə yox olmaz. Fermerlərdən gələn il kartof əkməmələrini xahiş edəcəyik. "