ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın imzaladığı bəzi xarici vətəndaşlar üçün ölkəyə girişi qadağan edən fərmanı ləğv edib.
Eləcə də bax: Milli Məclis üzvləri Cozef Baydenə göndərilən məktuba - ETİRAZ ETDİLƏR - BƏYANAT
FED.az xəbər verir ki, Baydenin açıqlaması Ağ Ev tərəfindən yayımlanıb.
“Girişin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir. Əksinə, ABŞ vətəndaşı və ya yaşayış icazəsi olan ailə üzvlərinin burada öz ailələri ilə görüşməsini əngəlləməklə bərabər ölkəyə ziyan vurur”,- deyə Bayden qeyd edib.
Baydenin fikrincə, Trampın bu qərarı dünyanın müxtəlif yerlərində istedadlı şəxslərdən istifadə edən sənaye sahələrinə mənfi təsir edib.
O həmçinin, qərar səbəbindən “Green Card” qazanmış şəxslərin ölkəyə girə bilmədiklərini də əlavə edib.
Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində “COVID-19” pandemiyası dövründə “ABŞ əmək bazarı üçün risk yaradan mühacirlər”in ölkəyə girişini qadağan edən bir fərman imzalamışdı. (Qafqazinfo)