"Base Metals” şirkəti 2009-2017-ci illərdə Ağdərə şəhəri ətrafında (Qarabağ iqtisadi rayonu) yerləşən “Qızılbulaq” qızıl yatağının qanunsuz istismarından $178 milyon qazanıb.
Geoloq-alim: “Ölkədə əyarı ən yüksək olan məhsul Qızılbulaq yatağındadır”
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bəyan edib.
Onun sözlərinə görə, “Qızılbulaq” qızıl yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılan sazişə uyğun olaraq “R.V.Investment” şirkəti tərəfindən istismar olunmalıdır.
“Lakin yataq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olduğu üçün tərəflər arasında imzalanan saziş icra edilmir”, - Qasımlı qeyd edib.
O vurulaylb, Mərkəzin qiymətləndirmələrinə əsasən, “Base Metals” şirkəti “Qızılbulaq” yatağından hər ay 12 min ton filiz çıxarıb, saflaşdırma kombinatında ilkin emaldan sonra İrəvana aparıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarıb.
Qasımlı dünyanın ətraf mühit siyasəti sahəsində olan aparıcı beyin mərkəzlərinə müraciətində qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Azərbaycan Respublikasının daxili qanunvericiliyinin pozulur, beynəlxalq konvensiyaların tələblərinə əməl olunmur. O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə “Qızılbulaq” və “Dəmirli” mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq qanuni sahibi Azərbaycan dövləti olan sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir və onlar Azərbaycan Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər. (İnterfaks-Azərbaycan)