İspaniyanın 2 bankı - "Caixabank" və "Bankia" birləşmək qərarı alıb.
Eləcə də bax: "Amazon" 100 min yeni işçi - İŞƏ GÖTÜRƏCƏK
FED.az xəbər verir ki, bankların birləşməsindən sonra "Caixabank" adının istifadə ediləcəyi qərargahının Valensiya şəhərində olacağı və 20 milyondan çox müştəriyə xidmət göstərəcəyi bildirilib.
Bununla bankların ümumi aktiv həcmi 664 milyard avro, 51.000 işçisi və 6.700-dən çox filialı ilə ölkənin daxili bazarındakı ən böyük bank olub.
Yeni bankın səhm payının 25,8%-i "Bankia"a, 74,2%-i isə "Caixabank"a məxsus olacaq.
100% səhmlə "La Caixa" vəqfi tərəfindən idarə olunan "CriteriaCaixa" yüzdə 30 payla yeni bankın əsas payçısı olaraq qalacaq. 16,1 paya isə İspaniya Yenidənqurma Fondu (FROB) sahib olacağı qeyd edilib.
Birləşmə ilə hər iki bankın Fond Birjasındakı səhmlərində əhəmiyyətli artımlar müşahidə edilib.
Birləşmə qərarından sonra mətbuat konfransı keçirən "Bankia" bankın İdarə heyəti Başçısı Jose Ignacio Goirigolzarri və "Caixabak" CEO-su Gonzalo Gortazar vəzifələrini yeni bankda davam etdirəcəklərini açıqlayıblar.
"Qarışıq vaxtlarda əvvəlcədən reaksiya vermək və fürsətə çevirmək çox böyük əhəmiyyətə malikdir." deyən Goirigolzarri birləşmə ilə illik xərclərdən 770 milyon avro qənaət etməyi gözlədiklərini qeyd edib.
Goirigolzarri bankçılıq sektorunun önündə üç əngəl olduğunu bildirib və bunları "texnoloji inqilabın təsiri ilə istehlakçı vərdişlərindəki dəyişikliklər", "son illərdəki aşağı gəlirlilik" və "Covid-19-un yaratdığı böhran" olaraq sıralayıb.
Qeyd edək ki, İspan mətbuatı "Caixabank" və "Bankia"nın birləşməsindən sonra oxşar birləşmələrin ölkənin digər böyük banklarında da baş vermə ehtimalının olduğunu yazıb.
Xəbərlərdə "BBVA"dan "Banco Sabadell" və "Santander"in də "Unicaja" və "Liberbank" ilə birləşəcəyi iddia edilib və İspaniya hökuməti onları dəstəklədiyi bildirilib.