Pandemiya dövründə səhmləri rekord səviyyədə dəyər qazanan "Amazon" şirkəti Kanada və ABŞ-da təxminən 100 min yeni işçi işə götürəcək.
Eləcə də bax: Fürsətdən istifadə edib maskaların - QİTMƏTİNİ ARTIRIRMIŞ
FED.az xəbər verir ki, şirkət işçilər saatı 15 dollardan yarım-ştat və tam-ştat olmaqla işə qəbul olunacaqlar.
Bazar ertəsi günü şirkətin verdiyi açıqlamaya görə, yeni iş yerləri arasında bəzi şəhərlərdə 1000 dollara yaxın "işəgötürmə" bonusu və təhsil proqramları var.
Amazon sentyabr ayında yükləmə mərkəzləri, çatdırılma stansiyaları, çeşidləmə mərkəzləri və digər obyektlərlə birlikdə 100 yeni əməliyyat binası açmağı planlaşdırır.
Qeyd edək ki, ABŞ-ın elektron ticarət nəhənginin əməliyyatlarının həcmi və bazar dəyərindəki artımla Vaşinqtondakı qərargahından İngiltərəyə qədər məşğulluğu artırır. Bu il pandemiya dövründə "Amazon"un səhmləri təxminən 70% artdı və şirkət 1,56 trilyon dollar bazar dəyərinə çatdı. Şirkətin qurucusu və CEO'su Cef Beyzos 184 milyard dollar sərvəti ilə dünyanın ən varlı insanıdır.