Apple, Feysbuk, Google və digər texnologiya şirkətləri rəhbərlərinin bu gün Ağ Evə dəvət olunduqları açıqlanıb.
Eləcə də bax: «Neftin ucuzlaşması yaxşıdır» - TRAMPDAN AÇIQLAMA
FED.az "ted"ə istinadən xəbər verir ki, dəvətlilər Donald Tramp adminstrasiyasının koronavirusla mübarizəsinə dəstək məqsədilə Ağ Evdə toplaşacaqlar.
Dəvət edilənlər arasında Amazon, Microsoft və Twitter rəsmiləri də yer alır. Şirkət təmsilçiləri Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Milli Səhiyyə İnstitutu və Əmək Nazirliyinin nümayəndələri ilə görüşəcəklər.
Apple və digər Silikon Vadisi nümayəndələri epidemiya ilə müxtəlif vasitələr ilə mübarizə aparır. Apple virusun tüğyan etdiyi şəhərlərdə əməkdaşlarına evdən işləməyə icazə verib. Bundan başqa, dünən İrlandadakı filialında ilk yoluxma halı ilə qarşılaşan rəhbərlik işçilərdən özlərini təcrid etmələrini tələb edib.
Feysbukun F8 konfransı, eləcə də Microsoft MVP Qlobal Zirvəsi koronavirus təhlükəsinə görə ləğv olunub. Google I/O 2020 isə onlayn şəkildə həyata keçiriləcək.
Digər tədbirləri də eyni qaydada təşkil etməyi planlaşdıran şirkət rəsmiləri satılan biletlərin pulunu martın 13-nə qədər alıcılara qaytarılacağını deyiblər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, hazırda dünyada 113.000-dən çox yoluxma, 4.000-den artıq koronavirusdan ölüm halı baş verib.