ABŞ prezidenti Donald Tramp dünya bazarında neftin ucuzlaşmasından razı qalıb.
FED.az xəbər verir ki, ABŞ prezidenti «İstehlakçılar üçün yaxşıdır, yanacağın qiyməti aşağı düşəcək»-deyə yazıb.
Bununla yanaşı, Tramp neftin ucuzlaşmasında Səudiyyə və Rusiyanın səbəb olduğunu bildirib. «Səudiyyə Ərəbistanı və Rusiya neftin qiyməti və həcmi ilə bağlı mübahisə edirlər. Bu, eləcə də, feyk xəbərlər neftin ucuzlaşmasına səbəb olub».
«Neftin ucuzlaşması yaxşıdır» - TRAMPDAN AÇIQLAMA
22:28
9 Mart 2020