Koronavirusla təkcə hökumətlər, mərkəzi banklar, xəstəxanalar və polislər mübarizə aparmır. Bütün dünyada biznes də koronavirus və onun nəticələrini aradan qaldırmaq, bu sahədə çalışanlara dəstək üçün maraqlı yeniliklər etməkdədirlər.
Eləcə də bax: «Bu işdən 100-200 min nəfər ölü ilə çıxsaq yaxşı deməkdir»
Armani
Milyarder Giorgio Armani'nın lüks moda markası, İtaliyanın fabriklərindəki bütün məhsulları 26 martda birdəfəlik istifadə edilən tibbi geyimlər istehsalına çevirdi.
BioNTech:
Milyarder əkizlər Tomas və Andreas Struengmann tərəfindən dəstəklənən Alman biotexniki firması milyarder Guo Guangchang'ın başçılığı ilə Pfizer və Fosun Pharma ilə ortaq bir koronavirus peyvəndi hazırlamaq üçün çalışır.
Karbon
Rus texnologiyalı investor Yuri Milner tərəfindən dəstəklənən Kaliforniya mərkəzli 3D şirkəti, tezliklə Bay bölgəsindəki xəstəxanalara test avadanlığı və üz maskaları paylayacaq.
Carbyne
Peter Thiel'in VC maliyyəçiləri tərəfindən dəstəklənən Nyu York startapı, Nyu Orleanda xəstələri video vasitəsilə izləməyə dəstək verir.
CureVac
Milyarder Dietmar Hopp, eləcə də Bill və Melinda Geyts Fondu tərəfindən maliyyələşdirilən Alman firması, Koronavirus peyvəndi üzrə araşdıma aparır və bunu üçün Avropa Komissiyasından 87 milyon dollar alıb.
DiaSorin
Milyarder Gustavo Denegriyə məxsus italyan biotexniki şirkəti FDA-dan COVID-19 üçün 60 dəqiqəlik yeni test dəsti istehsalı üçün icazə alıb.
Dyson
İngilis milyarder James Dysonun tozsoran və əl qurutma şirkəti tezliklə 10 000 ədəd nəfəs aparatı qurğusu istehsalına başlayacağını açıqladı.
Ford
Avtomobil nəhəngi 3M və GE'nin birliyi tənəffüs, ventilyasiya cihazı və üz maskaları istehsalı üçün çalışır. Ford bildirib ki, yaxın aylarda ayda 30 min belə aparat buraxa biləcək
Gojo Industries:
Milyarder ailəsinə məxsus olan və Ohayoda yerləşən Purell şireəti bütün diqqətini özünün dezinfeksiya edici məhsullarının istehsalına və bunu həmkilərə, və ilkin reaksiya xidmətlərinin işçilərinə çatdırmağa yönəldib.
Johnson & Johnson:
Şirkətin əczaçılıq bölməsi olan Janssen, ABŞ-ın Səhiyyə və Sosial Xidmətləri Departamenti ilə birlikdə peyvəndi istehsalına başlayacaq, peyvəndin insanlar üzərində sınaqlarının sentyabr ayından başlayacağı, 2021-ci ilin əvvəlində isə kütləvi istehsala başlaması nəzərdə tutulur. ABŞ hökuməti peyvənd axtarışarına 1 milyard dollardan çox sərmayə qoyur.
Medline
Northfield, İllinoys ailəsinə məxsus istehsalçı, Birləşmiş Ştatlardakı xəstəxanalara tibbi maskalar, cərrahi geyim və dezinfeksiyaedici maddələr təqdim etmək üçün istehsalını genişləndirir.
Medtronic
Minnesota mərkəzli tibb cihazı istehsalçısı, digər şirkətlərə havalandırma cihazlarını tez bir zamanda istehsal etmək məqsədi ilə əsas ventilyator modelinin dizayn xüsusiyyətlərini açıq şəkildə paylaşdı.