ABŞ Prezidenti Trump, yeni növ koronavirusun yayılmasına qarşı tədbirlərin qəbul edilməsinin aprelin 30-dək davam edəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, Ağ Evdə mətbuat konfransı keçirən Tramp virusla əlaqədar ciddi irəliləyişlər əldə etdiklərini bildirib.
Bununla yanaşı, prezident deyib ki, ən çox ölüm halları hələ qarşıdadır: «Epidemiyada ölüm nisbətlərinin 2 həftəyə qədər ən yüksək səviyyəyə çatacağını gözləyirik. Ümid edirik ki, iyunun 1-nə qədər bərpa prosesində olacağıq».
Ağ Evin elan etdiyi Kovid-19 tədbirləri ilə bağlı yeni bir qərar verdiklərini ifadə edən Tramp, «Növbəti iki həftə çox vacibdir. Hər kəs öz işini etməli və sosial məsafəyə diqqət yetirməlidir. Bu kabus, şübhəsiz ki, bir gün başa çatacaq. Kovid-19 tədbirləri 30 apreldə tamamlanacaq. Buna qədər uzatmaq qərarına gəldik».
Donald Trampa, «12 Aprel Pasxa bayramına qədər ölkəni bərpa etmək istəyirəm» ifadəsini xatırladıblar, o da deyib ki, «Bunu yalnız bir istək olaraq dedim».
Prezident virusdan ölünlərin sayı ilə bağlı gözlənilən rəqəmləri də açıqlayıb: «Biz heç bir şey etməsəydik 2,2 milyon insanın ölməsi gözlənilirdi, amma bunun çox altında olan 100 min ilə 200 min ölümlə bu vəziyyətdən çıxsaq, yaxşı bir iş gördük sayılır».
ABŞ-da da maska qalmaqalı
Tramp, həmçinin Nyu Yorkdakı xəstəxanalardakı "tibbi ləvazimat çatışmazlığı" ilə əlaqədar maraqlı bir iddia ilə çıxış edib: «Necə olur ki, 10-20 min maska ehtiyacı həftədə 300 000-ə çatır? İşlər Nyu-Yorkdakı xəstəxanalarda davam edir. Jurnalist olaraq bu məsələyə bir nəzər salmalısınız. Bu maskalar hara gedir? Arxa qapıdan başqa yerlərə gedirlər?".
Son məlumatlara görə, ABŞ-da virusa yoluxanların sayı 124 686 nəfərə, virusdan həyatını itirənlərin sayı isə 2191ə çatıb.