Qazaxıstanın Almatı şəhərində etirazçılar şəhər administrasiyasının binasına daxil olublar.
Eləcə də bax: Qazaxıstanda vəziyyət kəskinləşir - VİDEO - FOTOLAR
FED.az xəbər verir ki, binanın daxilində yanğın başlayıb.
Ərazidə asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşmalar başlayıb.
XXX
Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub
Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan olunub.
Qazaxıstan Prezidentinin mətbuat xidmətixəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Nur-Sultanda fövqəladə vəziyyət 2022-ci il yanvarın 5-i yerli vaxtla saat 16:00-dan 19 yanvar saat 00:00-a qədər qüvvədə olacaq.
Paralel olaraq, şəhərdə gecə saat 23:00-dan səhər 07:00-a qədər komendant saatı elan olunub. (Marja)