Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb.
Eləcə də bax: Qazaxıstanda hökumət - İSTEFA VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Almatıda aksiya iştirakçıları polis postunu yandırıb.
Mitinq iştirakçılarının sözlərinə görə, həmçinin ölkənin hakim “Nur Otan” partiyasının filiallarından birinə hücum edilib.
Ölkənin teleqram kanallarının yaydığı məlumata görə, şəhərin mərkəzində hazırda etirazçılar ilə Milli Qvardiya qüvvələri arasında toqquşma baş verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütlənin qarşısını almağa çalışır.
Rəsmi məlumata görə, Almatıda qarşıdurma zamanı 137 polis əməkdaşı və 53 mülki vətəndaş xəsarət alıb. 190 nəfər tibb müəssisələrinə müraciət edib.
Bununla yanaşı, 40 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7-si hazırda reanimasiyadadır. Onlardan 4-ü polisdir.