FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstanda fövqəladə vəziyyətlə əlaqədar Almatı Beynəlxalq Hava Limanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Eləcə də bax: Qazaxıstanda vəziyyət kəskinləşir - VİDEO - FOTOLAR
Məlumata görə aeroportun işi ştat rejimində davam edir. Bununla belə, Aktauya uçuşlar ləğv edilib. Bir sıra başqa şəhərlərə reyslər isə müəyyən müddətə təxirə salınıb.