"Deutsche Bank" maliyyə xərclərini hədəflədiyi qədər azaltmaq üçün Almaniyada yerləşən təxminən 100 filialını bağlayacaq.
Eləcə də bax: Avropada 2 böyük - BANK BİRLƏŞDİ
FED.az xəbər verir ki, filialların bağlanma səbəbi bankın getdikcə maraq artan onlayn bankçılığa uyğunlaşmağa çalışmasıdır.
Bank Almaniyada 400-ə yaxın "Deutsche Bank" filialın saxlayacağını açıqlayıb.
Bankın İdarə Heyətinin sədri Christian Sewing keçən il xərcləri azaltmaq üçün 18 min iş ixtisarı ilə bağlı plan açıqlamışdı. Ləkin "Deutsche Bank" koronavirus böhranı səbəbiylə işdən çıxarılmaları altı həftəlik dayandırdığı üçün ixtisar hədəfindən geri qalıb.
Həmçinin, Almaniyanın ən böyük bankı "Postbank" filiallarında "Deutsche Bank"ın avtomatik xidmət maşınları quraşdıracaq.