Türkiyədə prezident və parlament seçkilərində Almaniyada səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğana dəstək verib.
FED.az xəbər veri ki, keçirilmiş seçkilərdə seçicilərin 64,9 faizi Rəcəb Tayyib Ərdoğana, 33 faizi Kamal Kılıçdaroğluna səs verib.
Digər namizədlərdən Sinan Oğan 1,4 %, Muharrem İncə isə 0,7 % səs toplayıb.
Xatırladaq ki, Almaniyada türkiyəli ümumi seçicilərin sayı 1 504 967 nəfərdir ki, onlardan da 338 944 nəfəri səsvermədə iştirak edib.