Türkiyədə prezident və parlament seçkilərində ABŞ-da səs verən türkiyəli seçicilərin çoxu Kamal Kılıçdar oğluna dəstək verib.
FED.az xəbər veri ki, keçirilmiş seçkilərdə seçicilərin 80,6 faizi Kamal Kılıçdaroğluna, 16,1 faizi Rəcəb Tayyib Ərdoğana səs verib.
Digər namizədlərdən Sinan Oğan 2 %, Muharrem İncə isə 1,4 % səs toplayıb.
Xatırladaq ki, ABŞ-da türkiyəli ümumi seçicilərin sayı 135 383 nəfərdir ki, onlardan da 42 943 nəfəri səsvermədə iştirak edib.