Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarını qınayan bəyanatına ABŞ və Rusiya veto qoyub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Daily Sabah”ın xəbərinə görə, BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti – Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanin tələbi ilə təcili toplantı olub. Lakin ABŞ və Rusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb.
Eləcə də bax: Dünya ölkələrindən Türkiyənin əməliyyatına – MÜNASİBƏT