Rusiyalı milyarder və senator Süleyman Kərimovun “Amadea” adlı yaxtası müsadirə olunacaq.
Eləcə də bax: Rusiyanın 3 minə yaxın gəmisinə – AVROPADA QADAĞA QOYULDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, Fici Ali Məhkəməsi ABŞ-ın bu məsələ ilə bağlı tələbini dəstəkləyib.
Xatırladaq ki, 300 milyon dollarlıq bu lüks yaxta may ayında ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib. Süleyman Kərimov 2014 və 2018-ci illərdə Rusiyanın Suriya və Ukraynadakı əməliyyatlarına görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb. Bununla yanaşı, Kərimova Avropa İttifaqı (Aİ) tərəfindən də sanksiya tətbiq edilib.