Avropa ittifaqı Rusiyaya aid 2 873 yükdaşıyan gəmiyə Avropa qitəsi sularında üzməyə qadağa qoyub.
FED.az xəbər verir ki, Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar Rusiya gəmilərinin Avropa sığorta və təkrar sığorta şirkətləri tərəfindən sığortalanmasına da qadağa qoyub.
Avropa Rusiya neftinə qarşı embarqo qoydu – NEFT BAHALAŞDI
Nəticədə
Avropa ittifaqı Rusiyaya aid 2 873 yükdaşıyan gəmiyə Avropa qitəsi sularında üzməyə qadağa qoydu.
Bununla da Rusiyanın neft və qaz ixracı xaricində digər ixracat məhsulları bazarına böyük zərbə vurulub.
Sankt Peterburq limanında isə vəziyyət demək olar ki, kritik həddə çatıb. Belə ki, dəniz yolu vasitəsilə ilə həyata keçirilən ixrac əməliyyatları nə az nə çox düz 70% azalmışdır.
FED.az xəbər verir ki, gəmilərə, daha dəqiqi tankerlərə sığorta qadağası Avropa İittifaqının Rusiya nefti ilə bağlı qadağasının tərkib hissəsidir.
Artıq Rusiya gəmiləri ilə bağlı sığorta qadağası dəniz sığortası üzrə ixtisaslaşan «Lloyd's List»ə əlavə edilib.
Qadağa ilk növbədə Kremlə məxsus tanker nəhəngi Sovcomflot tərəfindən idarə olunan gəmilərin sığortasına aid olacaq.
Hərçənd sanksiya müəllifləri üçsün bir sıra məsələlər açıq qalır – bunlardan ən əsası Rusiya gəmisi dedikdə hansı gəmilərin nəzərdə tutulmasıdır.
«Rusiya bayrağı? Ruslara məxsusdur? Rusiyada yaşayan qeyri-ruslara məxsusdur? Ruslar tərəfindən kirayə verilir? Biz bu aydınlaşdırma və tənzimləmədə tərif alana qədər bu sanksiyalar paketinin bizə necə təsir edəcəyini deyə bilmərik»-deyə sığorta sektoru suallar verir.
Qeyd edək ki, Böyük Britaniya həm müdafiə, həm də təzminat sığortası və gövdə boşluqlarında aparıcı oyunçu olaraq qalır. Beynəlxalq P&I Klublar Qrupuna bağlı 13 dəniz şirkətindən yeddisi, Lloyd's və London şirkətləri bazarları kimi Britaniyada yerləşir.