Texas məhkəməsi Rusiyanın “Lukoyl” şirkətinə məxsus “Boeing” tipli təyyarəyə həbs qoyulması barədə qərar verib.
Eləcə də bax: “Lukoyl”un vitse-prezidenti pəncərədən düşüb - ÖLDÜ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ədliyyə Nazirliyi yayıb.
Məlumata görə, 45 milyon dollar dəyərə sahib sözügedən təyyarə Rusiyadan və əks istiqamətdə uçuşlar həyata keçirərək ABŞ tərəfinin tətbiq etdiyi sanksiyaları pozub.
Qeyd edək ki, “Lukoyl” şirkəti 2014-cü ildən etibarən ABŞ-ın tətbiq etdiyi sanksiyalar altındadır.