Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti Ravil Maqanov dünyasını dəyişib.
Eləcə də bax: "Lukoyl" şirkətinə yeni prezident - TƏYİN EDİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.
Məlumata görə, 68 yaşlı Maqanov Moskvada altıncı mərtəbənin pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Hazırda hadisənin detalları araşdırılır.
Maqanovun intihar etməsi də istisna edilmir.