"ABŞ-ın Orta Şərq neftinə ehtiyacı yoxdur".
FED.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bildirib.
Eləcə də bax: ABŞ İrana qarşı yeni sərt iqtisadi sanksiyalar - TƏTBİQ EDƏCƏK
"Bu gün ABŞ dünyanın ən böyük neft istehsalçısına çevrilib. Bizin Orta Şərq neftinə ehtiyacımız yoxdur",- Tramp bildirib.
İranın İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etməsinin ardından ABŞ Prezidenti Donald Tramp ilk dəfə kameraların qarşısına çıxıb. Tramp, "Dünən axşamkı hücumda heç bir ABŞ-lı zərər görməmişdir. Hərbi bazalarımızda yalnız minimal bir ziyan meydana gəlmişdir. İraqlı ya da ABŞ-lı heç kim zərər görməyib" deyib.
Eləcə də bax: Bakıda mərkəzi rayon yaradılacaq – PREZİDENT AÇIQLADI