ABŞ-ın “Chevron” neft şirkəti İraqda olan işçilərini təxliyə etməyə başlayıb.
FED.az CNN-ə istinadən xəbər verir ki, ABŞ şirkəti Yaxın Şərqdə yaşanan məlum son hadisələrdən sonra bu qərara gəlib.
Eləcə də bax: ABŞ-İran gərginliyi qızılın qiymətini sürətlə bahalaşdırır
Bildirilib ki, “Chevron” şirkətinin əməkdaşları əsasən İraq Kürdüstanındakı obyektləri tərk ediblər.