ABŞ ilə İran arasındakı gərginlik, İranın İnqilab Keşikçiləri Korpusunun komandiri general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra daha da artıb. Tərəflərdən verilən açıqlamalar, "etibarlı liman" olaraq görülən alətlərə, o cümlədən qızıla tələbin artmasına və buna paralel qızıl qiymətlərinin yüksəlməsinə səbəb olur.
Analitiklər, ABŞ-İran gərginliyinin sürətli bir şəkildə yüksəlməsinə əlavə olaraq İraqdan verilən açıqlamaların da riskləri artıran faktorlardan biri olduğunu ifadə edirlər.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da qlobal birjalarda qızılın unsiysının qiyməti 1,6% bahalaşma ilə 1576 dollar təşkil edib.
Bu gecə qızılın unsiyasının qiyməti 2.3% bahalaşma ilə 1590 dolları görüb. Qızılın unsiyasının qiymətinin 1600 dolları da aşacağı proqnozlaşdırılır.
Son 1 ildə qızılın unsiyasının qiyməti təxminən 290 dollar və ya 22% artıb. Ötən ilin Yanvar ayının 6-da qızılın unsiyası 1289 dollar təşkil etmişdi.
marja