Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? – MÜQAYİSƏ
Prezident seçkiləri səhmlərin qiymətini necə dəyişir? - RƏQƏMLƏR
Donald Tramp bir çox ştatlarda birinci yerdədir 12:55
ABŞ-ın hazırkı prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp səslərin hələ sayılıb qurtarmadığı 6 ştatın 5-də birinci yerdədir.
FED.az xəbər verir ki, bületenlərin 64 faizinin sayıldığı Pensilvaniyada D.Tramp səslərin 56,1, səslərin 71 faizinin sayıldığı Miçiqanda 53,4, həmçinin 94 faizinin sayıldığı Şimali Karolinada 50,1 faizini, 80 faizinin sayıldığı Corciyada 56 faizini, 91 faizinin sayıldığı Viskonsində 51,3 faizini qazanıb.
Demokrat Partiyasının namizədi Co Bayden isə bületenlərin üçdə ikisinin sayıldığı Nevada ştatında səslərin 50,3 faizini əldə edib.
***
Səslər tam hesablanmasa da, Tramp qalib gəldiyini elan etdi 12:55
Ötən gün ABŞ-da baş tutan seçkilərdə səslərin sayılması davam edərkən hazırkı Prezident Donald Tramp qalib gəldiyini elan edib.
FED.az xəbər verir ki, Ağ Evdə çıxış edən Tramp ailəsinə və milyonlarla tərəfdarına təşəkkür edib, qalibiyyətini qeyd etməyə hazırlaşdığını açıqlayıb.
Tramp Corciya, Pensilvaniya və Şimali Karolina ştatlarında qalib gəldiyini bildirsə də bu ştatlarda səslərin sayılması hələ davam edir. Bir çox KİV Trampın qələbə qazanmaqla bağlı açıqlamasında tələsdiyini hesab edir.
Bununla yanaşı Tramp səslərin sayılmasında pozuntuların ola biləcəyini, ancaq bunların qarşısını almaq üçün mübarizə aparmağa hazır olduğunu vurğulayıb.
“Biz bu seçkiləri dürüstcə qazanmağa hazırıq və bu seçkiləri də qazandıq. Pozuntularla bağlı tədbir görəcəyik. Belə ki, ABŞ Ali Məhkəməsinə gedəcəyik, onları dayandıracağıq, onlara bir səs belə verməyəcəyik”,- deyə o qeyd edib.
ABŞ Prezidenti xüsusilə poçtla verilən səslərin sayılması zamanı pozuntuların olacağını istisna etməyib.
Bu məqamda bildirək ki, “Fox News”un məlumatına görə, indiyə qədər Tramp 213, Bayden isə 238 səs toplayıb.
Son məlumatlara görə, 63 379 047 seçici (48.5%) Trampa, 65 201 982 seçici isə (49.9%) Baydenə səs verib.
***
Tramp: “Qələbəni qeyd etməyə hazırlaşırıq” 12:20
Biz seçkiləri qazanmağa hazırlaşırdıq. Düzünü desəm, bu seçkilərdə qələbə qazanmışıq”.
FED.az xəbər verir ki, bunu ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.
O qeyd edib ki, seçkidə saxtakarlıq baş verib və bu, xalq üçün utancvericidir: “ABŞ Ali Məhkəməsinə gedəcəyik. Bütün səsvermənin dayandırılmasını tələb edirik. Çox məyus bir qrup Amerika xalqının hüquqlarını məhdudlaşdırmağa çalışır. Buna dözüm göstərməyəcəyik. Biz qələbəni qeyd etməyə hazırlaşırıq”.
***
ABŞ-da 59-cu Prezident seçkisinin ilkin nəticələri məlum olub 12:07
FED.az xəbər verir ki, səslər və nümayəndə sayı üzrə Joe Biden öndədir.
Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, Demokratların namizədi Joe Biden 236, Respublikaçıların namizədi, hazırkı Prezident Donald Trump 213 nümayəndə qazanıb.
Joe Biden səslərin 49,8%-ni, Donald Trump isə 48,6%-ni yığıb.
ABŞ seçki sistemində nümayəndə sayı daha həlledicidir. 270 nümayəndə sayına çatan namizəd ABŞ-ın 46-cı Prezidenti olacaqdır.
ABŞ seçki sisteminə görə, 538 nümayəndənin yarısından 1 artıq olan 270 nümayəndəyə çatan namizəd Prezident seçkisini qazanır.
***
Tramp zəfər elan etdi! 11:45
ABŞ Prezidenti Donald Trump, seçki nəticələri hələ dəqiqləşmədən zəfər elan etdi.
FED.az xəbər verir ki, Donald Trump çıxışında bildirib:
"Amerika xalqına dəstəkləri üçün təşəkkür edirəm. Milyonlarla seçici bizim üçün səs verdi. Təəssüf ki, seçkiyə bir qrup müdaxilə etməyə çalışır, buna icazə verməyəcəyik.
Heç gözləmədiyimiz ştatları qazandıq, məsələn Florida. Ohionu qazandıq. Texsası qazandıq.
700 min səs ilə Texsası qazandıq. Georgia-nı da qazandığımız ortadadır. 2.5% fərqlə öndəyik. Eyni şəkildə Şimal Carolinada 1.4% fərq var.
Ən əhəmiyyətlisi Penslyvanianı çox böyük fərqlə qazanırıq. Penslyvaniada 600 min səs fərqi var.
Michigan və Wisconsin-də də biz qazanırıq.
Ciddi hiylə var, Ali Məhkəməyə gedəcəyik. Xalqın yaxşılığı üçün dürüstlüyün təmin edilməsi lazımdır. Biz bu seçkini qazanmaq üzrəydik. Və açığı biz bu seçkini qazandıq."
***
Tramp qələbə qazandığını Ali məhkəmədə sübut etmək istəyir 11:45
“Biz hər yerdə qalib gəldik, biz tamamilə qalib gəldik”.
FED.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Tramp səsvermədən sonra seçicilərinə müraciətində bildirib.
Donald Tramp çıxış edən zaman 213, onun rəqibi Cozef Bayden isə 225 səs qazanıb. Bu Baydenin qələbəsi üçün kifayət edir.
“Biz hər yerdə qalib gəlmişik. Ancaq bugünkü nəticələr çox fenomenaldır. Texas, Corciya, Şimali Karloina, Pensilvaniya və başqa ştatlarda qələbə qazandıq. Mən Baydenin qələbə qazanmasından şübhələnirəm”,- Donald Tramp vurğulayıb.
O, çıxışında məhkəməyə müraciət edəcəklərini də qeyd edib: “Ali məhkəmə vasitəsi ilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”.
***
Tramp: “Nəticələr fenomenaldır, biz qələbə qazanırıq!” 11:30
ABŞ prezidentliyinə əsas namizədlərdən biri olan Donald Tramp, seçkilərlə bağlı xalqa etdiyi müraciətdə “Nəticələr fenomenaldır, biz qələbə qazanırıq! Qeyd edim ki, Corciya, Miçiqan, Viskonsin, Pensilvaniya və Şimali Karolina ştatlarında üstünlük qazandıq” deyə bildirib.
FED.a xəbər verir ki, Tramp seçki nəticələri ilə bağlı məsələni həll etmək üçün Ali Məhkəməyə müraciət etməyə hazır olduğunu söyləyib.
***
Co Bayden: “İnanırıq ki, seçkiləri qazanmağa doğru addımlayırıq” 11.15
“Bu seçkinin qalibini elan etmək nə mənim, nə də Donald Trampın işidir. Bu, seçicilərin işidir”.
FED.az xəbər verir ki, bu barədə ABŞ-da prezident seçkilərində Demokratların namizədi olan Co Bayden “Twitter”də bildirib.
“İnanırıq ki, bu seçkiləri qazanmağa doğru addımlayırıq”, - deyə C. Bayden qeyd edib.
***
Tramp bir neçə dəqiqədən sonra çıxış edəcək 11.07
FED.az xəbər verir ki, ABŞ prezidentliyinə əsas namizədlərdən biri Donald Tramp bir neçə dəqiqədən sonra çıxış edəcək.
***
ABŞ-da prezident seçkilərində Donald Tramp öndədir 10.41
ABŞ-da prezident seçkilərində ilkin nəticələrə görə Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp öndədir.
FED.az xəbər verir ki, D.Tramp seçkilərdə səslərin əhəmiyyətli bir hissəsi sayıldıqdan sonra Demokratların namizədi Co Baydeni qabaqlayır.
Seçkilərdən öncə qələbəsi şübhə doğuran bəzi ştatlarda Donald Tramp Co Baydeni qabaqlayıb.
Belə ki, Pensilvaniya (20 Seçicilər Kollegiyası), Ohayo (18 Seçicilər Kollegiyası), Şimali Karolina (15 Seçicilər Kollegiyası), Ayova (6 Seçicilər Kollegiyası) Miçiqan (16 Seçicilər Kollegiyası) və Viskonsin (10 Seçicilər Kollegiyası) ştatlarında Donald Tramp Co Baydendən irəlidədir. Son iki ştatda seçki öncəsi “exit-poll”arda Demokratlar öndə olsa da hazırkı nəticələrə görə Respublikaçılar irəlidədir.
D. Tramp Florida, Ohayo, Kentukki, Kanzas, Luiziana, İndiana, Vyominq, Qərbi Vircinya, Cənubi Karolina, İdaho, Alabama, Mississippi, Tennesi, Oklahoma, Arkanzas, Cənubi Dakota, Şimali Dakota, Missuri, Nebraska, Ayova və Montana ştatlarında qələbə qazanıb.
C. Bayden isə Havay, Minnesota, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Nyu-Hempşir, Oreqon, Vermont, Virciniya, Vaşinqton, Rod-Aylend, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merland, İllinois, Delaver və Konnektikut, həmçinin Kolumbiya bölgəsində səs çoxluğu ilə qələbə qazanıb.
***
Tramp: "Qələbəmi oğurlamağa çalışırlar" 10:14
“Biz qələbəyə yaxınıq. Hər səs sayılacaq. Biz nəticədən razıyıq”.
FED.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə Demokratik Partiyadan namizəd Cozef Bayden seçicilər qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, səslərin sayılması bir az gecikə bilər. Cozef Bayden səsvermənin nəticələrinin noyabrın 4-də yerli vaxtla səhər saatlarında məlum olacağını bildirib. Bununla belə demokrat namizəd nikbin ovqatda olduğunu da vurğulayıb.
Respublikaçılar Partiyasının namizədi, hazırkı prezident Donald Tramp isə seçkidə qələbəsini oğrulamağa cəhd edildiyini söyləyib: “Biz buna imkan verməyəcəyik”.
***
Tramp Arizona istisna olmaqla, bütün ştatlarda liderlik edir 10.01
ABŞ-da keçirilən prezident seçkisində hazırkı dövlət başçısı Donald Tramp Arizona istisna olmaqla, bütün əsas ştatlarda liderlik edir.
Belə ki, Bakı vaxtı ilə 08:45-ə olan məlumata görə, Ohayo, Şimali Karolina, Corciya, Florida, Texas, Miçiqan, Pensilvaniya, Viskonsin və Ayova ştatlarında Tramp rəqibi Co Baydeni qabaqlayır. Arizonada isə demokrat Bayden inamla liderliyi əlində saxlayır.
***
FED.az xəbər verir ki, səslər və nümayəndə sayı üzrə Joe Biden öndədir.
Bakı vaxtı ilə saat 09:39-a olan məlumata görə, Demokratların namizədi Joe Biden 223, Respublikaçıların namizədi, hazırkı Prezident Donald Trump 174 nümayəndə qazanıb.
***
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Demokratların namizədi Joe Biden 223, Respublikaçıların namizədi, hazırkı Prezident Donald Trump 145 nümayəndə qazanıb.
Joe Biden səslərin 49,8%-ni, Donald Trump isə 48,6%-ni yığıb.
***
Tramp Pensilvaniyada Baydeni üstələyir.
ABŞ prezidenti Donald Tramp demokratların navmizədi Co Baydeni Pensilvaniya ştatında üstələyib. Fox News-un məlumatına görə, Bakı vaxtilə saat 7-07-ə olan vəziyyətə ştatda bülletenlərin 25%-i işlənilib və Tramp 49,3% səslə liderdir. Baydenin isə 47,6% səsi var. Pensilvaniya ştatı seçki icraçılarının 20 səsinə malikdir.
***
Tramp və Baydenin qalib olduğu dairələr açıqlandı
ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı Donald Tramp ölkənin bir sıra ştatlarındakı seçki məntəqələrində rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydeni üstələyib.
Qeyd edilir ki, hazırkı dövlət başçısı Şimali Dakotadakı səsvermələrdə liderdir.
“Fox News”un məlumatına görə, Tramp İndiana ştatında da səslərin 50 faizinin nəticələrinə əsasən 60 faiz səs toplayıb. Bununla yanaşı, respublikaçıların dövlət başçısı postuna iddialısı Arkanzasda keçirilən səsvermələrdə də seçici sayına görə önə çıxıb.
“FOX” Donald Trampın Vayominqdə, Şimali və Cənubi Dakota da keçirilən səsvermələrdə qalib olduğunu açıqlayıb.
Floridadakı seçki məntəqələrinda iki rəqib arasında rəqabət güclü olub. Bir sıra hallarda Bayden önə çıxsa da, son məlumatlara görə, Florida seçiciləri daha çox Trampa dəstək veriblər. Respublikaçıların namizədi Kanzasda, Kentukkidə, Tennesidə, Alabamada, Missisipidə, Oklahomada, Cənubi Karolinada, Luizianada, Şimali Karolinada seçici səsi baxımından qələbəsini təmin edib.
CNN-in proqnozlarına görə, Demokratlar Partiyasının prezidentliyə namizədi Co Bayden Nyu-Yorkda qalibdir. O, eyni zamanda Nyu-Cersidə də Trampdan üstün ola bilib. Bayden bununla yanaşı, Men ştatında, Massaçusetsdə, Rod-Aylendə, Miçiqanda, Texas və Pensilvaniyada respublikaçıların namizədini qabaqlayıb. Bununla yanaşı, Nyu-Meksikoda, Koloradoda da qələbə əldə edib.
Qeyd edək ki, bütün bunlar seçki məntəqələrinin ilkin nəticələrdir. Səsvermə prosesi hələ davam edir. Buna görə də hansı namizədin qalib olacağı hələ dəqiq deyil.
***
ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
FED.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Respublikaçı Tramp gözlənildiyi kimi İndiana, Kentukki və Nyu-Hempşir ştatlarında liderlik edir. İndianada bülletenlərin 1%-nin hesablanmasından sonra o, 72% səs toplayıb. Kentukkidə isə Tramp 10 minə yaxın, onun rəqibi – Demokrat Cozef Bayden 2,8 min səs toplaya bilib.
Seçkilərə 10 gün qaldı – Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? – MÜQAYİSƏ
Nyu-Hepşirdə səslərin hesablanması yenicə başlayıb. Hazırda Trampın 16, Baydenin 10 səsi var.
Qeyd edək ki, ABŞ-da ilk seçki məntəqləri İndiana və Kentukkidə bağlanıb.
***
ABŞ-da keçirilən ümumi seçkilər çərçivəsində İndiana və Kentukki ştatlarında səsvermə başa çatıb. “TASS” xəbər verir ki, hər iki ştatda yerləşən seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 03:00-da) bağlanıb.
Qeyd edək ki, ABŞ-da ümumi seçkilər keçirilir. Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər. Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.