ABŞ-dakı prezident seçkilərini və onun nəticələrini amerikalılar və dünyanın digər vətəndaşları ilə yanaşı, biznes də səbirsizliklə gözləyir. Məsələ bundadır ki, seçkilərin nəticələri özünü başqa sahələrdə olduğu kimi birja indekslərində də göstərir.
Seçkilərdən sonra ABŞ iqtisadiyyatının əsas göstəricisi olan «S&P 500» indeksi necə dəyişir? Bunu bilmək üçün keçmişə baxmaq kifayətdir.
Seçkilərə 10 gün qaldı – Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? – MÜQAYİSƏ
FED.az xarici mətbuata istinadən 1964-cü ildən bəri keçirilən prezident seçkilərindən sonra «S&P 500» indeksinin necə dəyişdiyini təqdim edir.
İndeksin dəyişməsi seçkilərin nəticələrindən asılıdır. Burada iki variantı var: 1) iqtidarda olan partiyanın namizədi prezident seçilir, 2) müxalifətin nümayəndəsi prezidnt seçilir.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - Həftəlik Analiz
Prezidentin təkrar seçilməsi – səhmlərini artımı deməkdir
Tarix göstərir ki, əgər hakimiyyətdə olan partiyanın nümayəndəsi seçkilərdə qalib gəlirsə, bu qarşıdakı bir il ərzində səhmlərin 10%-dən çox bahalaşması deməkdir. 1964-cü ildən indiyədək keçirilən seçkilərin 7-də eyni partiya hakimiyyətdə qalıb.
Amerikalıların bir hissəsi prezident seçkilərindən sonra - Ölkəni Tərk Edə Bilər
Nəticədə seçkilərdən keçən 3 ay ərzində səhmlər orta hesabla 5,7% bahalışıb. Bir ildən sonra isə səhmlərin qiyməti 14,4% artıb. Bu hal 1972-ci ildə Niksonun seçilməsidən başqa bütün 6 seçkidə baş verib.
Bir məqamı nəzərə almaq lazımdır. Möhkəm iqtisadiyyat prezidentin təkrar seçiləcəyini göstərən əlamətlərdəndir. Ona görə də adətən biznes hakimiyyətdə olan prezidentin (və ya onun partiyasından olan namizədin) təkrar seçilməsində maraqlı olur.
Bayden seçki üçün Trampdan çox - Pul Toplayıb
Yeni prezidentiin seçilməsi - səhmlərin ucuzlaşması ilə nəticələnir
Elə həmin göstəriciləri nəzərə alanda (1964-dən indiyədək olan seçkiləri), məlum olur ki, indiyədək hakimiyyətdə olan partiya 7 dəfə məğlub olub. Və hakimiyyətin dəyişməsi bazarda qısamüddətli enmələrə səbəb olur.
Birjə məlumatları göstərir ki, Ağ Evdə hakimiyyətin əldən çıxmasından sonrakı 3 ay ərzində səhmlər orta hesabla 1,5% ucuzlaşır. Bir il ərzində isə 7 haldan 4-də səhmlər 1% ucuzlaşıb.
Bu - əvvəlki illərdəki seçkilərin bazara təsiridir. Amma invevstorların da tez-tez təkrar etdiyi kimi, keçmiş nəticələr, gələcəkdə də belə olacağına zəmanət vermir.
Hər bir seçkinin fərqli cəhəti olub
1964, 1968 və 1972-ciillər Vyetnamdakı müharibənin təsiri altında keçmişdi. 2000 və 2008-ci illərin seçkiləri dünyadakı maliyyə böhranlarına təsadüf etmişdi, 2004-cü ildə isə İraqda müşaribə gedirdi.
İndiki seçkilər isə bunların hamısından daha mürəkkəb şəraitdə keçir. Dünyada beynəlxalq dərəcədə yayılış pandemiya var, dezinformasiya müharibəsi gedir və Böyük Depressiya illərindən bəri ən ağır iqtisadi vəziyyət hökm sürür.
Bu göstəricilər o demək deyil ki, Trampın yenidən seçilməsi daha yaxşı variantdır, sadəcə tarix gələcək üçün də maraqlı perspektiv təqdim edir.