ABŞ-dakı supermarket işçilərində maraqlı bir problem var.
Eləcə də bax: Hazır qida, qəhvə və heyvan yemi - «Nestle»nin satışını artırıb
FED.az-ın məlumatına görə, onlar şikayət edirlər ki, virusun yayılması səbəbiylə əyləncə məkanları bağlandıqdan sonra insanlar sadəcə gəzinti olsun deyə mağazalara gəlirlər. Bununla da marketə gələnlərin sağlamlığına təhlükə yaradırlar.
Vitrinlərdə məhsullar azalır
Kaliforniyadakı mağazaların birinin işçisi “Buisness İnsider”ə e-poçt göndərərək "İnsanlar əyləncə fəaliyyətlərinin olmaması səbəbindən fəaliyyət göstərən supermarketlərə üz tutublar. Mağazada 3-4 nəfərdən ibarət qrupların satın alınması zəruri olmayan məhsulları araşdırarkən görürük" deyib.
“Business Inseder”-ə buna bənzər elektron poçtlar Walmart, Costco, Staples və CVS-də işləyən işçilər tərəfindən də göndərilib.
“AİLƏ BAZARI GƏZİNTİSİ”
Apteklər zənciri olan ”CVS”in sözçüsü verdiyi açıqlamada həyati əhəmiyyətli olmayan məhsulları rəflərdən mümkün qədər çıxardıqlarını və işçilər əlcək və maska taxdıqlarını söyləyib.
Lakin bir supermarket işçisinin ehtiyat tədbirlərinə əməl etməyənləri polisə şikayət etməyin mümkün olmadığı bildirib. Rhode Islanddakı “CVS”də işləyən bir şəxs, insanların bazara ailəvi gəldiklərini və valideynlərin körpələr və uşaqlar üçün heç bir tədbir görmədiklərini söyləyib.
Sıxıldıqları üçün marketə gəlirlər
Kaliforniyadakı “Staples”də işləyənlərdən biri "Bir gün yaşlı bir cütlük mağazaya gəldi və əllərində olan kuponu xərcləmək üçün ətrafa baxırdılar. İnsanlar sıxıldıqları üçün alış-veriş edirlər ".
Bu vəziyyət haqqında ən yaxşı bənzətmə Kaliforniyadakı Costco işçisindən gəldi: “Biz yeni əyləncə parkıyıq! Valideynlər uşaqları ilə vaxt keçirmək üçün supermarketlərə baş çəkirlər."