Amerika Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Adını Marsa göndər” layihəsi böyük marağa səbəb olmuşdu. Azərbaycandan da yüzlərlə insanın qatıldığı əməliyyat sosial şəbəkələrdə paylaşılaraq populyarlıq qazandı.
FED.az xəbər verir ki, qeydiyyatdan keçənlərin adları 2020-ci ilin iyununda Marsa səyahətə yollanacaq kosmik gəmidəki çiplərə yazılacaq. Kampaniya vasitəsilə adını Marsa göndərənlərin ümumi sayı 10 milyon 931 min 238 nəfər olub.
Eləcə də bax: Marsa uçuş biletinin qiyməti açıqlandı
Ən çox ad yazdıran Türkiyə vətəndaşları olub – 2 milyon 528 min 844 nəfər.
Azərbaycandan öz adını Marsa göndərənlərin sayı 37 min 818 nəfər olub.
Qeyd edək ki, kampaniyaya qeydiyyat başa çatıb.
TED