Fevralın 14-də qeyd edilən Sevgililər Günündə Türkiyədə 2,5 milyard lirəlik və ya 500 milyon dollarlıq çiçək satılacaq. FED.az xəbər verir ki, bu barədə Türkiyə Çiçəkçilər birliyinin rəhbəri İsmayıl Başaran bildirib. Onnu sözlərinə görə, çiçək biznesi ilə məşğul olanlar Sevigilər gününü sevigilələrin öüz kimi həyacanla gözləyirlər.
Birlik rəhbəri qeyd edir ki, artıq bir həftə əvvəldən Sevgililər Gününə hazırlayıq başlayıb. Başaran bildirib ki, kişilər həyat yoldaşlarına hədiyyə olaraq ən çox gül alır, bu zaman orxideya, zambaq və papatyaya üstünlük verirlər: «Həmin gün alınan hədiyələrin azı 25%-i gül-çiçəkdir, alınan hər 4 hədiyyədən biri çiçəkdir».
Eləcə də bax: Türkiyədə meyvə-tərəvəz 800 faiz bahalaşıb
Hazırda Türkiyədə çiçək biznesi ilə məşğul olan 12 min sahibkar Sevgililər Gününü gözləyir, Başaran bildirir ki, fevralın 14-də adi vaxtda bir ayda satılan qədər çiçək satılır.
Tələbatın artması Türkiyədə gül-çiçəyi də bahalaşdırıb. Təcrübə göstərir ki, hər il bu günlər qiymətlərdə 20% artım olur, çiçəklərin qiyməti isə bir ədəd üçün 10 lirədən, buket üçün isə 20 lirədən başlayaraq 100 lirə və daha yüksək qiymətə artır.
Yeri gəlmişkən, son vaxtlar Türkiyədə Sevgililər günündə 1001 gül hədiyyəsi dəbdədir. Belə buketin qiyməti 10 min lirəyə çatır.