Türkiyənin ticarət naziri Ruhsar Pekcan, həyta keçirilən əməliyyatlarda meyvə-tərəvəzin alış və satış qiymətləri arasında 800%-ə çatan fərq (qiymət artımları) müəyyən etdiklərini açıqlayıb.
FED.az-ın xəbərinə görə, nazir bildirib ki, ilkin məlumatlara görə, yüksək qiymət tətbiq edən 88 şirkət 2 milyon lirə cərimələnib.
Qeyd edək ki, son vaxtlar Türkiyədə meyvə və tərəvəzin qiymətləri kəskin yüksəlib. Qiymətlərin aşağı salınması üçün Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə bələdiyyələr tərəfindən yarmarkalar təşkil olunacaqdır.
Eləcə də bax: Bu gündən energetik içkilər və siqaret - BAHALAŞIR