Azərbaycanın ən böyük ticarət şəbəkələrindən biri olan “Optimal Elektronika” MMC şirkətin öz təsisçisi və baş direktoru Əhəd Əsgərov barədə yayılan məlumatlarla bağlı aşıqlama verib.
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, baş direktorun ölkədən çıxışına qadağa qoyulması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: "Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun haqqında yazılanlar qərəzlidir".
Şirkətdən bildirilib ki, Əhəd Əsgərov “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru deyil.
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
"Baş direktorun ölkədən çıxışına qadağa qoyulması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. (link: https://www.taxes.gov.az/az/page/olkeden-getmek-huququnun-muveqqeti-mehdudlasdirilmasi FİN: 1K87CJ7) AR Dövlət Vergi Xidmətinin rəsmi saytından istənilən şəxs yoxlaya bilər.
Vergi borcu haqqında qeyd olunan borc məbləği və mövcüdluğu həqiqəti əks etdirmir.
Şirkət və baş direktor haqqında qərəzli və yalan məlumatların yayılmasının, yazılmasının qərəzli olduğunu diqqətinizə çatdırmaq istəyirik",- açıqlamada bildirilir.
Xatırladaq ki, bu gün mətbuatda "Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru (olduğu bildilən), "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulacağı barədə məlumat yayılıb.
Məlumatda bildilirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə sentyabrın 5-də Bakı Kommersiya Məhkəməsində Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.
Buna səbəb kimi, Əhəd Əsgərovun təsisçisi olduğu "STENTOR" MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 023 min 752 manat 06 qəpik vergi borcunun yaranması göstərilib.
Qeyd edək ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var.
Amma indi şirkət yuxarıda göstərilən məlumatı yayaraq məlumatın həqiqətə uyğun olmadığını və Əhəd Əsgərovun ölkədən çıxıxına qadağa qoyulmasının müzakirə edilmədiyini bilirib.