Azərbaycanda fəaliyyət göstərən ən məşhur restoran brendlərindən biri, Türkiyənin məşhur «Özsüt restoran» markası ölkədə yeni restoranların açılmasına hazırlaşır.
Şirkət yeni restoranların fəaliyyətə başlaması ilə bağlı yerli investorlara françayzinq şərtlərini FED.az-a açıqlayıb.
«Özsüt» nə brenddir?
«Özsüt» brendinin 80-dən çox yaşı var. Şirkətin tarixi İzmirdə Kemeraltında 16 kvadrarmetrlik bir məkanda başlayıb. 1938-ci ildə burada aşpaz Səfər «Özsüt muhallebicisi» adlı dükan açıb. Orada qatıq və qaymaq və şirniyyat satılırdı. 1980-ci ildə isə idarəçiliyi üzərinə götürən İbrahim Urlulu «Özsüt»ün əsasını qoyub. «Özsüt»un ənənəvi şirniyyatları Osmanlı mətbəxindən gəlir. Hazırda Türkiyədə «Özsüt»ün 180-dən artıq mağaza və restoranı fəaliyyət göstərir. 2014-cü ildə «Özsüt»ün sahibi «STP Gıda»nın 70% səhmi «Infinity Invest Holding»ə satılıb.
2014-cü ilin may ayında isə «Özsüt»un Bakıda ilk restoranı fəaliyyətə başlayıb. Hazırda sözügedən brendin Bakıda 5 restoranı var. Bunlardan ən məşhuru - «Atatürk Parkı»ndakı restorandır. Bundan başqa, «Özsüt»ün Fəvvarələr meydanında, Qış Bağında, «Gənclik Mall»da, Yasamalda, Mətbuat prospektində («Özsüt Elmlər») restoranları var.
«Özsüt»lər Bakıda daha çox ailəvi və işgüzar görüş restoranları kimi tanınır.
Yeni restoranlar üçün hansı ərazilər nəzərdə tutulur?
«Özsüt Azərbaijan» MMC-dən FED.az-a bildirilib ki, yeni restoranların Bakıda, eləcə də bölgələrdə açılması üçün təkliflər qəbul edilir. Paytaxtda bu «Neftçilər», «Qara Qarayev», «Əhmədli», «Həzi Aslanov» metro stansiyalarının ətrafındakı ərazilərdir.
Bölgələrdə isə «Özsüt» restoranı açmaq üçün prioritet ərazilər ölkənin ikinci böyük şəhəri və qərb bölgəsinin mərkəzi sayılan Gəncə, cənub bölgəsinin mərkəzi Lənkəran, Quba və Zaqatala nəzərdə tutulur.
Bunlardan başqa bölgələr və ərazilərdən gələn təkliflərə də baxıla bilər.
«Özsüt» restoranının açılması üçün tələblər
1938-ci ildən yaradılan məşhur «Özsüt» markası Türkiyənin ən məşhur və eyni zamanda ən tələbkar brendlərindəndir. Ona görə də bu restoranların fəaliyyət göstərəcəyi ərazilərə və restoranın üçün seçilən obyektlə bağlı sərt tələblər var. Belə ki, restoranın yerləşəcəyi ərazi 300 kvadratmetrdən az olmamalı, terrasa (açıq havada sahəyə) və parkinq yerinə malik olmalıdır.
FED.az xəbər verir ki, restoranın yerləşəcəyi obyekt ya investora məxsus olmalı, ya da uzunmüddətli icarəyə götürülməlidir. Yeri gəlmişkən, obyektin seçilməsində investora «Özsüt» komandası da kömək edə, uyğun obyekt tapıb təklif edə bilər.
(Müraciət üçün kontakt: Rashad Hajiyev, [email protected], +994 55 252 49 95)
Sonradan əlavə problemlərin, məsələn icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməməsi üçün obyektin icarəsi ilə bağlı sənədləşdirmə işlərinə «Özsüt» komandası da dəstək verir.
«Özsüt» brendi investora nə dəstək verir?
Françayzinq şərtlərinə əsasən, «Özsüt» brendi investora məkanın dizayn edilməsi, avadanlıqların alışı ilə bağlı vendor məlumatların paylaşılması, reklam dəstəyi ( sosyal media, digital media, reklam vasitələri) verir. Bundan başqa, brend yeni açılan restoranın menyu dizaynı, əməkdaşların işə götürülməsi, il boyu təlimdən keçirilməsi, restoran menecer dəstəyi (1 ay) , ERP program qurulumu və təlimini öhdəliyinə götürür.
Öz növbəsində İnvestor da fəaliyyəti müddətində «Özsüt» standardlarına (resept, məhsulların təqdimat forması, keyfiyyətə nəzarət, xidmətin artırılması) riayət edəcəyi öhdəliyini götürür.
Françayzinq hansı şərtlərlə verilir?
«Özsüt Azərbaijan» MMC-dən FED.az-a bildirilib ki, françayzinqlə bağlı ödənişlər üçün iki variant nəzərdə tutulub. Yeni restoranın investoru bu variantlardan istədiyini seçə bilər. Birinci variant: İnvestor franchising haqqı olaraq «Özsüt Azərbaijan» MMC-yə 100 000 azn ödəniş edir, satış dövriyyəsindən isə 5% ödəyir.
İkinci variant: «Özsüt Azərbaijan» MMC franchising haqqı olaraq investordan 70 000 azn ödəniş alır, satış dövriyyəsinin isə 7%-ni götürür.
Satış dövriyyəsindən ödəniş növbəti ayın 10-dək edilməlidir.
Yeri gəlmişkən, françayzinq üçün investorun ödəyiciyi haqqın məbləği ilə bağlı iki maraqlı məqam var. Əvvəla, bu son məbləğ deyil, real investorlarla danışıqlarda onu bir qədər (təqribən 5-7 min manat) aşağı salmaq olar.
İkinci məqam odur ki, hazırda səslindirilən məbləğlər müəyyən müddət qüvvədə olacaq. Qarşıdakı aylarda bu məbləğ artıq dollarla hesablanacaq, yəni françayzinq haqqı müvafiq olaraq 70 min və 100 min dollara yüksələcək.
Françayzinq müqaviləsi hansı müddətə bağlanır?
«Özsüt» brendinin qaydalarına əsasən, françayzinq müqaviləsi 5 illiyə bağlanır. Bu müddətin bitməsinə 6 ay qalmış tərəflər müqaviləni davam edib etdirməmə barədə ortaq qərar ala bilərlər. Müqavilə yenilənəndə françayzinq haqqı da dəyişə bilər, amma bu qərar zamana və şəraitə uyğun olaraq verilir.
Françayzinq necə verilir?
Yeni restoranın açılması və investora dəstək prosesi obyektin seçilməsi ilə başlayır.
Seçim edildikdən və icarə müqaviləsi bağlanandan sonra «Özsüt»ün Türkiyədəki dizayner qrupu məkanın dizaynının hazırlayır və təmir prosesi başlayır. Təcrübə göstərir ki, ənənəvi olaraq təmir prosesi 2-3 ay davam edir və avadanlıqları da nəzərə aldıqda, kvadratmetri 800-1000 dollara, yəni ümumilikdə təqribən 240-300 min dollara başa gəlir.
Obyektin avadanlıqlarla təminatında da «Özsüt» bütün xırda detallara qədər konsultasiya edir. Üstəlik, yeni restoranın sahibi avadanlıqların alınmasında iri istehsalçıların yalnız «Özsüt»ə təqdim etdiyi endirimlərdən istifadə edə bilər: «Məsələn, investor başqa satıcıların 5000 dollara təklif etdiyi avadanlığı «Özsüt»ün partnyorundan 3 min dollara əldə edə bilər. Amma seçim yenə də investorun özünə buraxılır».
Kassa sistemi qurulur, personal toplanır
Bundan başqa, yeni restoranda «Özsüt» tərəfindən kassa və mühasibət sistemi qurulur. Nəhayət, «Özsüt» yeni restorana işçi personalın yağılmasında, seçimdə və onların təlimində dəstək verir. Ənənəvi olaraq hər bir restoranda 15-20 nəfər çalışır, bura ofisantlarla yanaşı, menecer, şef-aşbaz, qarson, xadimə və başqaları aiddir. Menecerlərə 1 ay, işçilərə isə il boyu təlim keçilir. «Yeni restoranın fəaliyyətə başlaması və investorun «Özsüt»ə françayzinq ödənişi etməsi o demək deyil ki, biz ödənişi alıb kənara çəkilirik. «Özüsüt» prosesin bütün mərhələlərində investorlara dəstək verir, eyni zamanda restoranın göstərdiyi xidmətləri, onun tələblərə cavab verməsini nəzarətdə saxlayır və daim audit edir. Bu nəzarət son nəticədə xidmətin yüksək səviyyədə olmasına və restoranın gəlirlə işləməsinə imkan verir».
Menyuya sərt nəzarət var
«Özsüt» brendi mühafizəkarlığı ilə seçilir. Bu restoranlarda illərdən bəri formalaşan ənənələr və menyular təklif edilir. Hazırda «Özsüt» restoranlarında türk, italyan, Meksika mətbəxinin yeməkləri, biznes lanç, orqanik menyu, səhər yeməyi və sair təklif edilir.
Yeni açılan restoranlarda da menyuya sərt nəzarət edilir – menyu «Özsüt»ün menyusu ilə eyni olmalıdır. Menyuya cüzi dəyişiklik etmək olar, məsələn, bölgələrdən asılı olaraq, amma bu hökmən «Özsüt»lə razılaşdırılmalıdır. «Özsüt» restoranlarında spirtli içki və siqaret qəti qadağandır, hətta elektron siqaretlərə belə icazə verilmir, bu yalnız açıq havada yerləşən hissədə mümkündür.
«Özsüt» restoranı nə qədər gəlir gətirir?
Bütün potensial investorları maraqlandıran mövzu – «Özsüt» françayzinqi ilə fəaliyyət göstənən restoranın gəlirlərinin səviyyəsi və yatırımı geri qaytarma müddətidir. Beynəlxalq standartlara əgər söhbət markadan, yəni tanınmış brenddən gedirsə, 5 illik müqavilə ərzində investorun yatırımı 3-4 il ərzində geri qayıtmalıdır. Yuxarıda qeyd edildiyi kimi, restoranın təmiri və avadanlıqlarla təchiz edilməsi ümumilikdə 240-300 min dollara və ya təqribən 400-500 min manata başa gəlir.
Müşahidələr göstərir ki, investorun gəliri dövriyyənin 25-30%-i ətrafındadır. Yəni məsələn 100 min manatlıq dövriyyədən 25-30 min mənfəət sayılır.
Restoran sahibinin əlavə gəlirləri də olacaq
Ənənəvi restoran m üştəriləri və menyu sifarişləri ilə yanaşı, «Özüsüt» restoranlarının fərqli mənbələrdən də gəlirləri var. Buraya müxtəlif brendlərin (sərinləşdirici içki və sair) restorandakı reklam gəlirləriləri aiddir. Bundan başqa, tanınmış brend olaraq restoran korporativ müştərilərə də keyterinq xidməti göstərə bilər.
Françayzinqin əlavə üstünlükləri
Ən əsası odur ki, yeni yaradılan digər restoranlardan fərqli olaraq françayzinqlə fəaliyyətə başlayan restoranların əlavə bir sıra üstünlükləri var. Əvvəla, yeni brendi tanıtmağa ehtiyac yoxdur. «Özsüt» brendi hazırda ölkənin ən tanınmış bir neçə restoran brendi arasındadır və geniş alıcı kütləsinin rəğbətini qazanıb və onlara yaxşı tanışdır. Yeri gəlmişkən, hazırda «Özsüt» şəbəkəsi digər menyularla yanaşı, paytaxtın tanınmış səhər yeməyi məkanı sayılır. Ramazan günlərində, orucluqda isə restoran nəinki iftar vaxtı, hətta sahurda da müştərilərlə dolu olub.
Digər tərəfdən, hazır standartların və iş prosesinin mövcud olması, investoru və menecmenti əlavə çətinlikdən azad edir. İndiyədək mövcud olan, oturuşmuş və özünü doğrultmuş in prinsipi yeni restoranı gözlənilməz sürprizlərdən, yəni həm də əlavə xərclərdən qoruyur.
Bakıdakı «Özsüt»lə danışıb başqa ölkədə restoran açmaq olar
«Özsüt» restoranlarının françayzinq üsulu ilə açılması barədə təklif təkcə Azərbaycanlı deyil, xarici investorlar da aiddir. Yəni Azərbaycana yatırım etmək istəyən xarici investor da bu təklifdən faydalana bilər.
Bundan başqa, «Özsüt Azərbaijan» MMC-nin vasitəsilə Azərbaycana qonşu ölkələrdə də «Özsüt»restoranları işə salmaq mümkündür. Bura Rusiya, Ukrayna, Mərkəzi Asiya ölkələri - Özbəkistan və Qazaxıstan da aiddir. Həmin regionlarda «Özüsüt» şəbəkəsinin idarəçiliyi «Özsüt Azərbaijan» MMC-yə həvalə edilib.
Müraciət üçün kontakt: Rashad Hajiyev
[email protected], +994 55 252 49 95