Son dövrlər sürətli islahatlar aparılan Naxçıvan Muxtar Respublikasında yeni biznes layihələri ortaya çıxmağa başlayıb.
FED.az xəbər verir ki, işgüzar şəraitin yaxşılaşması iş adamlarını yeni, indiyədək istifadə edilməyən biznes ideyalarına həvəsləndirib – bunlardan biri dəq ara əqrəb zəhərinin istehsalı təsərrüfatıdır.
Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU
Qeyd edək ki, Naxçıvan Azərbaycanda qara əqrəbin ən çox populyasya olduğu ərazilərdəndir, isti iqlimi və quraqlıq əraziləri burada əqrəblərin geniş yayılmasına səbəb olub. İndiyədək əqrəblər daha çox heyvanlara və insanlara təhlükə mənbəyi sayılan əqrəblərə, son vaxtlar iş adamları biznes imkanı kimi baxmağa başlayıblar.
Artıq eyni vaxtda bir neçə sahibkar və yerli vətəndaş əqrəb zəhəri biznesi qurmağa hazırlaşır.
Bir neçə gün əvvəl Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində qara əqrəbin zəhərinin əldə olunması məqsədilə təsərrüfat yaratmaq istəyən sahibkarlarla görüş keçirilib.
Sahibkarlardan biri – Naxçıvan şəhərindən olan Vahid Şükürov FED.az-v bildirib ki, onun biznes ideyası Naxçıvanda qara əqrəb təsərrüfatının yaradılması və əqrəb zəhərinin istehsalını nəzərdə tutur.
Sahibkar bildirir ki, işlərə başlamaq üçün ona 100 ədəd qara əqrəb tutulmasına icazə verilməlidir. Bundan sonra yaradılan təsərrüfatda əqrəblərin sayı 10 minədək artırılacaq və onlardan zəhər istehsal olunacaq.
Vahid Şükürovun hesablamalarına görə, təqribən 300 əqrəbdən 20 gün ərzində 1 qram əqrəb zəhəri almaq mümkündür: «Əqrəb zəhəri bahalıdır - onun qramı dünya bazarında 10 min dollara başa gəlir. Bu zəhərdən dərman və əczaçılıq sənayesində, kosmetikada sahəsində, eləcə də əqrəbin öz dərisindən isə kosmik sənayedə istifadə olunur».
"Biz onları heyvan qanı ilə bəsləyirik, birini 50-52 sentdən satırıq" - İŞ ADAMI İLƏ MÜSAHİBƏ
Qeyd edək ki, indiyədək Azərbaycanda əqrəb zəhəri biznesi yaradılmayıb – alınsa bu birinci belə təsərrüfat olacaq. Baxmayaraq ki, dünyanın bir sıra ölkələrində, o cümlədən qardaş Türkiyədə belə biznes çoxdan var. Hazırda qardaş ölkədə bir neçə əqrəb təsərrfatı fəaliyyət göstərir.
Azərbaycanlı iş adamının planı da əldə ediləcək əqrəb zəhərini dünyadakı və ya Türkiyədəki şirkətlərə satmaqdır, çünki Azərbaycanda onu alacaq təşkilat yoxdur.
«Ta-ta-ta, TAM» - Azərbaycanda yeni market şəbəkəsi işə başlayır – 500 İŞÇİ TOPLAYACAQ
Amma sahibkar bildirir ki, təsərrüfat açmaq üçün şərtlər çoxsaylıdır və ona dövlət tərəfindən dəstək tələb olunur. V.Şükürov dövlət qurumları ilə ilkin kontaktları nəticəsində təsərrüfat yaratmaq üçün tələb olunan şərtləri öyrənib: «Bunun üçün çoxsaylı icazələr tələb olunur, bu icazələr Ekologiya və Səhiyyə Nazirliklərindən alınmalıdır. Eyni zamanda təsərrüfat yaşayış yerlərindən kənarda yaradılmalıdır və bunun üçün də bizə müvafiq torpaq sahəsi ayrılmalıdır».
«Poz-Qazan»dan təkcə udanlar qazanmır – AZƏRBAYCANDA YENİ BİZNES İMKANI
Hazırda iş adamının əqrəb təsərrüfat qurmasında qarşılaşdığı əsas problem də torpaq sahəsi ilə bağlıdır. Şərtlərə görə əqrəb təsərrüfatı yaşayış yerlərindən kənarda yaradılmalıdır, V.Şükürovun isə belə ərazisi yoxdur: «Doğrudur Naxçıvan şəhəri ətrafındakı bələdiyələrdə belə torpaqlar var, amma problem ondadır ki, bu torpaqlarda tikinti aparmağa icazə verilmir – təsərrüfat qurmaq üçün isə bütöv bir ferma tikilməlidir. Burada əqrəblərə lazımi şərait yaradılmalı, onlar xüsusi qablarda saxlanılalı, xüsusi olaraq yemlənməlidir».
İlkin hesablamalara görə, belə təsərrüfatı yaratmaq üçün ilkin olaraq 100 yetkin əqrəbin olması kifayətdir. Əqrəblər ildə bir dəfə çoxalsalar da, kifayət qədər çox sayda 40-100 ədəd bala verirlər.
İndi də mətbəxlərin icarəsi başlayıb – YENİ BİZNES KULİNAR KOVORKİNQ
Hədəf isə azı 10 min baş əqrəb yetişdirməkdir. İş adamı bildirir ki, hər 300 əqrəb 20 gündə 1 qram əqrəb zəhəri istehsal edə bilir. Bu hesabla təsərrüfat qurulandan sonra 20 gündən bir 30 qram əqrəb zəhəri almaq mümkündür: «Amma iri şirkətlər əqrəb zəhərini iri partiyalarla, kiloqramla almağa üstünlük verirlər. Bundan əvvəl isə həmin şirkətlər Naxçıvana gələrək əqrəb təsərrüfatının vəziyyəti, əqrəblərin necə yetişdirilməsi ilə tanış olacaqlar».
Azərbaycanda çətənə fabriki qurmaq təklif edildi – YENİ BİZNES
«Biz bu təsərrüfatı kustar üsulla deyil, müasir üsullarla yaratmağı və əqrəb zəhərini sənaye üsulu ilə almağa planlaşdırırıq»-deyə gələcək sahibkar bildirir.
Yeni yaradılan təsərrüfatda 10-20 min əqrəb saxlanılsa, 20-25 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İlkin biznes plana əsasən əqrəb təsərrüfatını yaratmaq üçün 200 min manat tələb olunur. Lazım olan investisiya yatırılacağı təqdirdə artıq 2-3 ildən sonra əqrəb zəhərini satışına və əldə edilən əqrəb zəhərinin «Naxçıvan brendi» adı ilə ixracına başlamaq mümkün olacaq.
Mağazasız ərzaq satır, 29 dəqiqəyə çatdırır - MİLYARD DOLLARDIR – YENİ BİZNES NÖVÜ
Naxçıvanda qara əqrəb zəhəri biznesi qurmağa hazırlaşan digər sahibkar Babək rayonu Qahab kəndindən olan Turan Əliyevdir.
Onun sözlərinə görə, ölkə qanunvericiliyi çərçivəsində ona nə qədər qara əqrəb verilsə, həmin sayla biznesə başlamaq niyyətindədir.
Turan Əliyev bildirir ki, 100-120 yetkin əqrəblə biznesə başlamaq olar, amma sahibkar bu əqrəbləri təbiətdən tutmaqla deyil, əhalidən pulla yığmaq istəyir: «İstəyirəm ki, bu əqrəbləri əhalimizdən satın alım, özünüz də bilirsinz ki, həyətyanı sahəsi olan hər kəs qarşısına çıxan qara əqrəbi həmişə öldürür, mən də vətəndaşlara müraciət edəcəm ki, onları öldürməsinlər, tutub mənə satsınlar. Əqrəbi tutub mənə xəbər etsələr, özüm gəlib həmin adamın qapısından əqrəbi pulla alacam».
İnəksiz süd istehsalı – SÜD BAZARI DƏYİŞİR, YENİ BİZNES
T.Əliyevin sözlərinə görə, təsərrüfat qurub biznesə başlayanda əqrəbin birini əhalidən 5-6 manata almaq niyyətindədir. Başqa sözlə indiyədək təhlükəli həşarat kimi, dərhal öldürülən əqrəblər əhalinin bir qismi üçün qazanc mənbəyinə çevrilə bilər.
Sahibkar bildirir ki, əqrəblər barədə geniş araşdırma aparıb və onların necə çoxaldığını, bu sahədə hansı imkanlar olduğunu və necə biznes qurmaq lazım oluğunu artıq bilir.
Onun sözlərinə görə, təsərrüfat qurmaq üçün cəmi 200 əqrəblə işə başlamaq kifayətdir, sonra onların sayı sürətlə artacaq: «Əqrəblərin bir dəfə cütləşməsi kifayətdir ki, dişi əqrəb 3 il ardıcıl bala versin». 27 yaşlı T.Məmmədovun sözlərinə görə, yaşca gənc olsa da, bu biznesi qurub uğurla inkişaf etdirmək niyyətindədir. Sahibkar bildirir ki, əldə edəcəyi əqrəb zəhərini Türkiyəyə satmağa hazırlaşır, biznesə başlamaq üçün isə ona 40-50 min manat məbləğ kifayət edəcək:
40 sotdan 30 min dollar qazanc - ABŞ-DA YENİ BİZNES
«Əqrəblər üçün ayrıca təsərrüfat tikiləcək və qaydalara görə bu təsərrüfat yaşayış məntəqəsindən azı 200 metr məsafədə olmalıdır. Əslində mənim quracağım təsərrüfatda əqrəblərin hansısa formada buradan kənara çıxması mümkün deyil, amma qaydalar var və onlara əməl etmək lazımdır. Məsələn bu qaydalara görə, əqrəb təsərrüfatında işçilər xüsusi geyimlərdə olmalıdır, həm də əqrəblərin öz qutularından kənara çıxmasına nəzarət etmək üçün bütün divarlar və döşəmə ağ rəngdə olmalıdır ki, qara əqrəb dərhal seçilsin».
Yeni qurulan təsərrüfat təqribən 1 ildən sonra ilk məhsulunu verəcək. Buna qədər ortaya çıxan bütün xərcləri, o cümlədən işçilərin əmək haqqını da sahibkar özü qarşılamalıdır və bütün bunlara ilkin yatırımla birlikdə təqribən 130-150 min manat tələb olunacaq.
Qeyd edək ki, əqrəblərdən zəhər xüsusi aparatlar vasitəsilə sağılır, bu avadanlıqları sahibkar Rusiyadan almaq niyyətindədir: «Xüsusi fənərlər var ki, əqrəbləri ayrıca, fərli rəngdə göstərir, artıq onları da almışam».
Onun sözlərinə görə, ixraca başlamaq üçün 1-2 litr zəhər yığmaq vacib deyil. Kiçik həcmdə zəhəri də satmaq olur: «Mən hesablamışam, cəmi 1000 əqrəb olsa, mən artıq sağım işi ilə məşğul olmayacam, zəhəri almaq istəyən şirkətlərlə müqavilə bağlanacaq, onların nümayəndələri özləri gəlib əqrəbləri sağıb gedəcəklər».
Sahibkar Turan Əliyev də təsərrüfat qurmaq üçün uyğun ərazi axtarır, tələblərə görə bu təsərrüfat yaşayış yerindən kənarda olmalıdır. Bunun üçün o öz yaşadığı Qahab kəndindəki evindən istifadə etmək niyyətindədir: «Onsuz da mənim evim kəndin kənarında hamıdan uzaqda yerləşir və təsərrüfatı burada yaratmaq olar».
O biznesə başlayanan sonra Naxçıvnadan əqrəb zəhərini ixrac etmək, bununla da həm biznesini inkişaf etdirmək həm də doğma respublikaya fayda vermək istəyir: «Hər şey qanuni və sənədlə olacaq, ixrac edəcəyik, vergi və rüsumları qaydasında ödəyəcəyik».
Turan Əliyev artıq bu ideyası və təsərrüfat qurmaq niyyəti ilə bağı dövlət qurumlarına məlumat verib, görüşlər keçirilib. Ona əqrəb təsərrüfatı qurmaq üçün təəblər, alınacaq icazələr barədə məlvmat veriblər.
«Bununla bağlı Naxçıvanın iqtisadiyyat və ekologiya nazirliklərində, o cümlədən Naxçıvan MR Ekologiya və təbii sərvətlər nazirinin müavini Xanlar Mustafayevlə görüş keçirilib. Bizə lazımi icazələri almaq üçün tələb olunan şərtəri də xatırladıblar. Həmni şərtləri qarşılasaq icazə veriləcək».
Bir neçə gün əvvəl Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində qara əqrəbin zəhərinin əldə olunması məqsədilə təsərrüfat yaratmaq istəyən sahibkarlarla görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev iştirak edib, sahibkarların təkliflərini dinləyib və mövzu ətrafında öz fikirlərini bildirib.
Nazirliyinin şöbə müdiri Tural Əsgərov qanunvericilik üzrə məlumatlar verib və təsərrüfatın yaradılması ilə bağlı qoyulan tələbləri vətəndaşların diqqətinə çatdırıb. Tədbirin sonunda mövzu ətrafında müzakirələr olunub və aid şəxslərə broşürlər təqdim olunub.
Əqrəb təsərrüfatı və əqrəb zəhəri biznesi - bir qədər ekzotik səslənsə də, tamamilə real biznes ideyadır.
İlkin hesablamalar göstərir ki, qeyd edilən formada əqrəb təsərrüfatanın yaradılması və əqrəb zəhərinin ixracı Naxçıvandan xaricə illik 4-5 milyon dollarlıq əqrəb zəhərinin ixracına imkan verəcək, bu isə hazırda ciddi ixrac göstəriciləri olmayan Muxtar Respublika üçün ciddi rəqəmlərdir.
Eyni zamanda Naxçıvanda alınacaq əqrəb zəhəri Azərbaycanın özündə, o cümlədən Pirallahı Sənaye zonasında qurulan dərman müəssisələri üçün də gələcəkdə xammal rolunu oynaya bilər.