Lombardlarda faiz dərəcəsi banklardan yüksək olsa da, əhalinin bir hissəsi kredit üçün məhz lombardlara üz tutur.
Pandemiya dövrü lombardların fəaliyyətinə də təsirini göstərib, bankların etdiyi güzəştlər lombardların da "ürəyini yumşaldıb".
Lombard fəaliyyəti ilə hamı məşğul ola bilməyəcək – ŞƏRTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, paytaxtdakı lombard şirkətlərindən birinin rəhbəri karantin dövründə vətəndaşlara gecikmələrə görə cərimə tətbiq etmədiklərini bildirib:
“Karantin dövründə - təqribən mart ayından etibarən biz müştərilərimizə cərimə hesablanmasını dayandırmışdıq. Müştərilərə restrukturizasiya və müddətin uzadılmasını təklif etməklə güzəştlər etmişik. Hazırda bu güzəştlər davam edir. Lakin bu güzəştlərin nə vaxta qədər davam etməsi ilə bağlı konkret bir müddət təyin etməmişik. Başa düşürük ki, yaranan vəziyyətlə əlaqədar insanlar çətinlik çəkir. Biz də daimi olaraq müştərilərimizə güzəştlər edirik. İstənilən müştəri bizə müraciət edirsə, onun müraciətinə baxılır və yerində qərar verilir”.
Azərbaycanda lombard kreditlərinə ciddi – NƏZARƏT BAŞLAYIR
Başqa bir lombard şirkətindən verilən məlumatda da vətəndaşlara bu cür güzəştlərin edildiyi bildirilib:
“Karantin dövründə biz də müştərilərə bankların etdiyi formada güzəştlər etmişik. Mart və aprel aylarında gecikməyə görə cərimələr tətbiq edilməyib. Hazırda da cərimə tətbiqi yoxdur. Lakin bunun nə vaxta kimi belə davam edəcəyini planlaşdırmamışıq. Müştəri ödənişi edə bilməyəndə isə girovunu götürür, bizim nümayəndəmizlə birlikdə aparıb onu satır, pulun bizə çatacaq hissəsini ödəyir, qalanını isə özünə götürür”.
Azərbaycanda sələmçilərin əlindən necə qurtarmaq olar? - VALERİYA PANFİLOVANIN ƏHVALATI
Şirkət sahibi bildirib ki, pandemiya lombardların fəaliyyətinə mənfi təsir edib:
“Gələn yoxdur. Müştəri azalıb. Çünki bu dəqiqə camaata pul lazım deyil. Əvvəllər gəzməyə gedən var idi deyə insanlara pul lazım olurdu. Xarici ölkələrə gediş-gəliş bağlanandan sonra müştəri sayı xeyli azalıb. Karantindən əvvəlki dövrlə müqayisədə müştəri sayında kəskin azalma var”.
"Azərbaycanda sələmçiliyin ən geniş yayıldığı yer Pirallahıdır" - PROBLEM
İqtisadçı-ekspert Samir Əliyevlə deyir ki, Azərbaycanda lombardlarla bağlı əsas problem qanunvericilikdən qaynaqlanır:
“Bu gün lombardların fəaliyyətini tənzimləyən xüsusi bir qanun yoxdur. Mağazaların fəaliyyəti necə adi qaydada və xüsusi öhdəlik, lisenziya olmadan tənzimlənirsə, lombardlarda da o cür olur. Ümumiyyətlə, bu qurumların fəaliyyəti tənzimlənmir. Əsas problem qanunvericilikdən qaynaqlandığına görə də bu qurumlarla bağlı banklar və sığorta şirkətlərinə olduğu kimi xüsusi tələblər yoxdur və bu qurumların fəaliyyəti lisenziyalaşdırılmır. Lisenziyalaşdırma olmadığına görə nəzarət də yoxdur. Nəzarəti lisenziyanı verən qurum həyata keçirir. Ona görə də bu qurumlar ərzaq mağazalarının fəaliyyətinə bənzər fəaliyyət göstərirlər.
«Sələmçilərin yanında banklar mələkdir» - MÜSAHİBƏ
Bir çox ölkələrdə lombardların fəaliyyəti ayrıca bir qanunla tənzimlənir. Lombardların fəaliyyəti ilə bağlı ya Mülki Məcəlləyə ayrıca bir hissə daxil etməliyik, ya da adi bir qanun tətbiq etməliyik. Birinci problem qanunvericilik bazasının yaradılmasıdır. İkinci məsələ bu fəaliyyətin lisenziyalaşdırılmasıdır. Nəzərə alaq ki, bu qurumların fəaliyyəti birbaşa sosial xarakter daşıyır və bu fəaliyyətin insanların əmlakından tutmuş gəlirlərinə qədər təsir etmək kimi bir xüsusiyyəti var. Odur ki, artıq bu fəaliyyətin lisenziyalaşdırılması tələbi ortaya çıxıb. Üçüncü məsələ isə nəzarət məsələsidir ki, onu da lisenziyanı verən qurum həyata keçirməlidir. Burda kredit münasibəti və ya pulun satılması məsələsi olduğundan bu məsələyə Mərkəzi Bank baxmalıdır. Eyni zamanda Mərkəzi Bank lombardların lisenziyasına dair tələbləri də müəyyənləşdirməlidir. Lisenziya fəaliyyəti varsa, nəzarət mütləq olmalıdır. İlk növbədə, həmin lombard qurumlarının maliyyə kapitalına nəzarət edilməlidir. Onların kapitalı müəyyən bir həddə olmalıdır. Normal bir həddə kapital olmalıdır ki, hansısa problem yarananda lombard əhalinin vəsaitini qaytara bilsin. Qonşu dövlətlərdə, eyni zamanda Avropa ölkələrində sadaladığımız tələblər mövcuddur”. (Report)