““Lombardlar haqqında” qanun olmadığına görə, lombard kreditlərinin həcminin nə qədər olması ilə bağlı məlumat Mərkəzi Banka tam inteqrasiya olunmayıb”.
FED.az xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov deyib.
O bildirib ki, lombard kreditlərinin nə qədər verilməsi haqqında hesabatlılıq sistemi yoxdur: “Qanun qəbul ediləndən sonra hesabatlılıq olacaq. Artıq onlar nəzarət subyektinə çevriləndən sonra belə bir hesabatlılıq olacaq, onda bizim bu haqda məlumatımız olacaq”.
Elman Rüstəmov onu da qeyd edib ki, kredit sistemi ilə müqayisəli həcmdə lombard kreditləşməsinin olduğunu düşünmürük: “Amma təbii ki, bizim üçün bu da maraqlıdır. Nəinki həcm, həm faiz dərəcələri, insanlarla münasibət, faiz dərəcələri nə qədər şəffaf olaraq acılanır və digər məsələlər öz təkliflərimizdə bu məsələləri qoymuşuq”.