Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanununun tətbiqi barədə” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Sahibkarları topladılar – «Gəlin, ucuz qiymətə evlər tikək»
FED.az-ın məlumatına görə, Gömrük Məcəlləsində dəyişiklik gömrük ekspertizası zamanı ekspertin hüquqları və vəzifələri ilə bağlıdır.
İndiyə qədər ekspert səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan imtina etmək və təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizanı aparmaqdan imtina etmək hüququna malik olub. Dəyişikliyə əsasən ekspertin bu sahədə hüquqları yeni redaksiyada verilib. Beləliklə, bundan sonra ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edəcək.
Gömrük ekspertizasına dair – YENİLİK
20:03
26 Noy 2018