Almaniyanın idman geyimləri şirkəti Adidas Fələstin əsilli Bella Hadidi reklamından çıxardıqdan sonra reaksiyalar və boykot çağırışları ilə üzləşib.
FED.az xəbər verir ki, İsrailin tənqidindən sonra Adidas, uzun müddətdir fələstinlilərin hüquqları ilə bağlı danışan Hadidini ayaqqabı reklamından çıxarıb.
Daily Mail-in məsələdən xəbəri olan mənbəyə istinadən verdiyi məlumata görə, Hadid məhkəmə prosesi üçün bu məsələni vəkillərinə çatdırıb, brend isə reklam kampaniyası ilə bağlı "səbəb olduğu hər hansı sıxıntı və ya narahatlıq" üçün üzr istəyib.
Şirkətin qərarından sonra bir çox sosial media istifadəçisi Hadidini müdafiə edərək Adidas-a sərt reaksiya göstəriblər.
Adidas-ın 2023-cü il illik hesabatı göstərir ki, Avropa, Yaxın Şərq və Afrika ən böyük paya malikdir və şirkətin ümumi satışlarının 39 faizini təşkil edir və 8,2 milyard avro satış gəliri əldə edir. Həmin il Asiya-Sakit Okean regionunda satışlar 2,3 milyard avro (qlobal satışların 11 faizi) olub. Dünyanın bu 4 bölgəsi Adidas-ın satışlarının 50 faizini təşkil edir. (Marja)