“Top Properties Əmlak” MMC-nin (VÖEN: 1407520511) fəaliyyətinə xitam verilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC “Azbizneskom” MMC-yə (VÖEN: 1501192301) qoşulduğunu və “Azbizneskom” MMC “Top Properties Əmlak” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, “Azbizneskom” MMC 18 mart 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 120 milyon 916 min 400 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Bağırov Emin Bahadır oğludur. Hüquqi ünvanı AZ1154, Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev.2 üvanıdır.
“Top Properties Əmlak” MMC bu ayın 14-də dövlət qeydiyyatına alınıb. Şirkət 800 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Əhmədov Fərid Rafiq oğludur. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti, ev.153 üvanıdır.











